“Bakı-Tbilisi-Qarsın imkanlarından Əfqanıstan da yararlana bilər”
Tarix: 28.09.2015 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Elmar Məmmədyarov sentyabrın 27-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşündə bir sıra məsələlərin müzakirəsi olub. Görüş zamanı tərəflər Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu qeyd ediblər. Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstək yüksək qiymətləndirilib və iki ölkə arasında nəqliyyat, enerji, təhsil və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu bildirilib.
Azərbaycanın BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində keçirilən Davamlı İnkişaf Məqsədləri üzrə Zirvə toplantısının işində fəal iştirakı, Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri xüsusilə qeyd olunaraq, ölkəmizin uğurlu siyasi, iqtisadi və sosial inkişaf modelinin Əfqanıstan üçün maraqlı bir nümunə olduğu bildirilib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək, bu layihələrin bütün region boyunca BMT tərəfindən müəyyən edilən davamlı inkişaf hədəflərinə, regional əməkdaşlığa xidmət etdiyini və regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini diqqətə çatdırıb. Bakı-Tbilisi-Qars layihəsinin tezliklə fəaliyyətə başlayacağını qeyd edən nazir bu nəqliyyat infrastrukturunun yük daşımalarının, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların artmasına xidmət edəcəyini və gələcək perspektivdə regional nəqliyyat qovşağı vasitəsilə Əfqanıstanın da onun imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırıb.
Səlahəddin Rəbbani ölkəsinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan ərazisindən keçəcək (TAPİ) qaz boru kəmərinin təməl qoyma mərasimin bu ilin sonunda həyata keçirilməsinin nəzərdə tutulduğu və Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolu xəttinin tikintisinin davam etdiyi barəsində məlumat verərək, davamlı regional inkişaf baxımdan nəqliyyat infrastrukturlarının əhəmiyyətini qeyd edib.
Elmar Məmmədyarov bir-birini tamamlayan və regional nəqliyyat qovşağının yaranmasına xidmət edən bu layihələrin həyata keçirilməsi ilə əlaqədar sərhəd tənzimlənməsi, təhlükəsizliyin təminatı, yolların tikintisi və sair bu kimi məsələlərin müzakirəsinin mühüm olduğunu qeyd edərək, bu məqsədlə region dövlətlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info