TUMİB tolerantlıq mövzusunda növbəti tədbirini Yasamalda keçirib
Tarix: 25.09.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəsinin icrasını Zaqatala və Qax şəhərində həyata keçirdikdən sonra növbəti tədbirini Bakı şəhərinin Yasamal rayonunda davam etdi. Layihə çərçivəsində Yasamal rayonunda İsrafil Əbilov adına Mədəniyyət Mərkəzində tədbiri keçirilmişdir. Layihənin məqsədi tolerantlığın təbliği sahəsində 18-29 yaş arası gənclər arasında azərbaycançılıq, milli və dini tolerantlıq, multikulturalizmin təbliği və radikalizmə qarşı ideolojik maarifçilik, zərərli xarici ideologiyaların təsirindən qorunmaları üçün gənclərin maarifləndirilməsi və bu sahədə təbliğat işlərinin aparılması, tolerantlığa, milli və dini dözümlülüyə sahib gənclərin yetişməsinə xidmət etməkdir.
Tədbiri açıq elan edən TUMİB-in sədri Çingiz Bayramovun təklifi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu və iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Çingiz Bayramov Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm siyasəti, zərərli xarici təriqətlərə qarşı ideoloji mübarizə haqqında məlumat verərək, milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs etdi. Natiq Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Cavad, H.Cavid kimi milli ziyalıların təbliğinin Azərbaycanda tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirdi. O, Ulu öndər Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı. Ç.Bayramov Yasamal rayonunun gənclərini Azərbaycanın mədəni inkişafında fəal rol oynamağa dəvət etdi.
Ç.Bayramovdan sonra çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri şöbəsinin sədr müavini Ceyhun Əliyev tarix boyu Azərbaycanda müxtəlif din və mədəniyyət mənsublarının birlikdə yaşama ənənəsi, din-dövlət münasibətləri haqqında məlumat verərək, zərərli xarici sektaların təsirindən qorunmaq üçün milli din xadimlərinin, ziyalıların maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışdı. Natiq Azərbaycanda tolerantlıq mühitinin inkişafında gənclərə böyük rol düşdüyünü də bildirdi.
Daha sonra TUMİB-in üzvü və Üsküdar Universitetinin kafedra müdiri dosent Əbülfəz Süleymanov tolerantlıq mövzusunda sosioloji tədqiqatların vacibliyi və Türkiyə Respublikasında, dünyada mövzu ilə əlaqəli aparılan araşdırmalar, təcrübələr haqqında məlumat verdi.
Ə.Süleymanovdan sonra Yasamal rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşı Rəna Ağayeva iştirakçıları salamlayaraq rayondakı milli, dini, mədəni vəziyyət haqqında məlumat verdi. Natiq yerli sakinlərin Azərbaycan hökumətinin tolerantlıq siyasətindən razı olduğunu bildirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd etdi.
Daha sonra fəal gənc Raida Hüseynova, Azərbaycan Milli Konservatoryasının gənclər təşkilatının sədri və gənc bəstəkar Tural Məmmədli, gənc yazarlar Günel Fərhadqızı və Nigar Duygu, TUMİB-in Türkiyə Respublikasının İsparta şəhəri üzrə təmsilçisi və Süleyman Dəmirəl Universitetinin tələbəsi Günay Məlikova, TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənaliyev, Biznes Universitetinin tələbəsi Mehdili Mehdi, TUMİB-in Mətbuat Xidmətinin rəhbəri Səbinə Novruzzadə çıxış etdilər. Onlar Azərbaycan xalqının tarix boyu tolerantlıq ənənəsindən bəhs edərək gəncləri milli və dini dözümlülüyə sadiq olmağa, milli ideologiyaya sahib çıxmağa, milli ziyalıların əsərlərini oxumağa dəvət etdilər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və aktiv iştirakçılara diplomlar verildi.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info