Bakı Ali Neft Məktəbi İndoneziya ilə əlaqələr qurur
Tarix: 28.09.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto və bu ölkənin Energetika və Mineral Ehtiyatlar Nazirliyinin Neft-qaz məsələləri üzrə direktorluğunun rəhbəri Viratmaca Puca Bakı Ali Neft Məktəbində (BANM) olublar. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov onları ölkənin ən gənc Ali Məktəbində görməkdən məmnunluğunu ifadə edib. Ramiz Hümbətov Ali Məktəbin yaranma tarixi, 4 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliyinin artırılması haqqında bəhs edib. O, Ali Məktəbin öz beynəlxalq əlaqələrinin genişləndirməsində maraqlı olduğunu və İndoneziyanın yanacaq-energetika kompleksinin müəssisələri və ali təhsil ocaqları ilə işgüzar əlaqələrinin qurulmasına hazır olduğunu bildirib.
İndoneziya Respublikasının Azərbaycandakı səfiri Prayono Atiyanto görüşün təşkilinə görə Ali Məktəbin rəhbərliyinə təşəkkürünü bildirərək, BANM-in fəaliyyətini yüksək qiymətləndirib. Səfir SOCAR-ın rəhbərliyi ilə aparılan danışıqların nəticələri barədə danışıb və İndoneziyanın ali məktəbləri və müəssisələri ilə BANM-in əməkdaşlıq əlaqələrinin inkişafına hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.
Energetika və Mineral Eehtiyatlar Nazirliyinin Neft-qaz məsələləri üzrə baş direktorluğunun rəhbəri Viratmaca Puca Azərbaycanın nüfuzlu Ali Məktəbində olmasından məmnunluğunu ifadə edərək, müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirmək üçün ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının zəruri olduğunu vurğulayıb. O, həmçinin, oktyabr ayında Bakıda keçiriləcək İndoneziyanın nailiyyətlərinə həsr olunmuş sərgi haqqında məlumat verib.
Görüşdə, həmçinin BANM-in İndoneziyanın müvafiq müəssisələri və ali məktəbləri ilə əməkdaşlığının ayrı-ayrı məsələləri ətrafında müzakirə aparılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info