30 nəfər sağlamlıq imkanları məhdud uşaq Türkiyəyə bərpa müalicəsinə göndərilib
Tarix: 28.09.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Uşaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı onların valideynləri Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına diqqət və qayğısından razılıqla söz açaraq, övladlarının xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkəmizdə sosial proqramların cari ildə də uğurla davam etdirilməsinin tibbi-sosial reabilitasiya sahəsində də özünü aydın şəkildə göstərdiyini vurğulayıb: “Cari ilin ötən dövründə hazırda göndərilən uşaqlar da daxil olmaqla nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı artıq 215-ə çatıb ki, bu da ötən illə müqayisədə 33 faiz çoxdur. Göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirilir və qabaqcıl metodlar əsasında göstərilən reabilitasiya xidməti ilə təmin olunurlar”.
Şöbə müdiri əlavə edib ki, həmin mərkəzdə Dənizli bölgəsinin müalicəvi əhəmiyyəti olan yerli resurslarından və innovativ texnologiyalarından istifadə edilməklə tətbiq olunan reabilitasiya üsulları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) bir sıra çətin sağalan xəstəliklərin müalicəsində fayda verir. ƏƏSMN-nin bir nəfər həkimi də buradan göndərilən şəxslərə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət etmək və müvafiq reabilitasiya təcrübəsini öyrənmək üçün Türkiyəyə ezam olunur.
Ölkəmizdə bərpa-müalicə sisteminin təkmilləşdirilməsi işlərindən də bəhs edən S.Abdullayev bu günlərdə açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində 16 yaşdan yuxarı əlilliyi olan insanların ən müasir standartlara uyğun diaqnostikası və müalicəsi üçün hər bir şəraitin yaradıldığını, hazırda Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun reabilitasiya sisteminin qurulmaqda olduğunu bildirib: “Reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminat işləri də ilbəil güclənir. Məsələn, cari ilin yanvar-avqust aylarında ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 24866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 58,2 faiz çoxdur”.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info