Putin: “Bizimlə hesablaşmaq lazımdır”
Tarix: 28.09.2015 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


“Yanukoviçin devrilməsində ABŞ-ın əlinin olması haqqında dəqiq məlumatlar var”

Rusiya dövlət başçısı Vladimir Putin ABŞ-ın “CBS” və “PBS” telekanallarına müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. Putin Ukrayna məsələsinə münasibət bildirərkən qeyd edib ki, Yanukoviçin devrilməsində Birləşmiş Ştatların əlinin olması haqqında dəqiq məlumatlara malikdir. Buna necə əmin olması ilə bağlı jurnalistin ona ünvanladığı suala Putin belə cavab verib: “Çox sadə. Ukraynada yaşayan minlərlə insanla bizim çox sıx əlaqəmiz var. Biz bilirik ki, Yanukoviçi devirənlərlə kim, harada, necə işləyib, kim-kimi dəstəkləyib, nə qədər pul veriblər, necə hazırlayıblar, hansı ölkənin ərazisində hazırlıq təşkil edilib, həmin hazırlığı keçən instruktorlar hansı ölkənin vətəndaşlarıdır. Biz bunların hamısını bilirik. Bizim amerikalı tərəfdaşlarımız artıq bunu gizlətmirlər”. Proqramın aparıcısı Rusiyanın Suriyada oynadığı rola toxunaraq bildirib ki, bu siyasət Rusiyanın dünyada super güc olma istəyini, dünya siyasətində daha böyük rol oynamaq istədiyini göstərir. Putin sualı belə cavablandırıb: “Bu, bizim məqsədimiz deyil. Bəli, mən Rusiya ilə fəxr edirəm, fəxr ediləsi çox şeyimiz var. Amma Rusiyanın dünya arenasında super güc olması kimi bir dərdimiz yoxdur”. Bununla yanaşı Putin Rusiyanın dünya liderlərindən biri olduğunu etiraf edib. Jurnalistin nüvə silahına malik olma məsələsi ilə bağlı “bu, onu göstərir ki, sizinlə hesablaşmaq lazımdır” sualına Putinin cavabı belə olub: “Mən ümid edirəm ki, bu, belədir. Əks halda bu silah bizim nəyimizə lazımdır”. Rusiya dövlət başçısı müsahibəsində bildirib ki, keçmiş SSRİ ölkələrində daxili siyasi məsələlərin “narıncı inqilab”, çevriliş, antikonstitusion yollarla həll edilməsi cəhdləri Moskva üçün qəbul edilməzdir: “Biz bunu tamamilə rədd edirik. Moskva Ukraynanın suverenliyinə hörmət edir. Amma biz istəyirik ki, digər ölkələr də başqalarının, o cümlədən Ukraynanın suverenliyinə hörmət etsinlər. Suverenliyə hörmət etmək o deməkdir ki, dövlət çevrilişləri, legitim hakimiyyətlərin devrilməsi ilə məşğul olmursan. Rusiya ordusu Ukraynada hakimiyyətin devrilməsində iştirak etməyib və heç bir dövlətdə də iştirak etməyəcək». Jurnalistin Rusiya ordusunun Ukraynada olması ilə bağlı sualına Putin elə sualla cavab verib: “Sizin Avropada hərbi iştirakınız varmı?”». Suala müsbət cavab alan Putin daha sonra bunları deyib: “Avropada Birləşmiş Ştatların taktiki nüvə silahları var. Onda bu o deməkdir ki, siz Almaniyanın ərazisini işğal etmisiniz və ya bunu NATO qoşunlarının adı ilə edirsiniz? Əgər, biz öz qoşunlarımızı başqa bir ölkəyə yaxın yerdə, ancaq öz ərazimizdə saxlayırıqsa, siz bunu cinayət hesab edirsinizmi?”. Suriya məsələsinə toxunun Putin, Əsədi dəstəklədiklərini, ancaq indiki halda bu ölkə ərazisində hərbi əməliyyatlarda iştirak etməyəcəklərini bildirib. Suriyaya hərbi-humanitar yardım etdiklərini, təlimlər keçdiklərini deyən Putin, bunu rəsmi Suryia hökumətinin istəyi ilə etdiklərini qeyd edib. Onun sözlərinə görə vəziyyəti düzəltməyin yolu legitim strukturlarla əməkdaşlıq etməkdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info