Ann Brassör: “Ərazi bütövlüyü Avropa Şurası üçün çox önəmlidir”
Tarix: 28.09.2015 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Ərazi bütövlüyü Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətlidir.
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasınnın (AŞ PA) bu gün öz işinə başlayan payız plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör erməni jurnalistin Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlıların son zamanlar özlərini təcavüzkar kimi aparmalarına dair sualına cavabında deyib.
AŞPA sədri qeyd edib ki, dəfələrlə demişəm ki, ərazi bütövlüyü məsələsi Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətli bir elementdir: "Zorakılıq cavab deyil və heç vaxtda ola bilməz. Danışıqlar prosesi davam edir. Bizə deyirlər ki, danışıqlar Avropa Şurasının səlahiyyətinə aid deyildir. Siz burada heç bir şey edə bilməzsiniz. Hərçənd ki, hər iki ölkə təşkilatımızın üzvüdür. Biz dialoq yolu ilə həll yolları tapmağa cəhd etməliyik. Assambleya daxilində də münaqişə tərəflərinin nümayəndə heyətləri arasında gərginlik hiss olunur. Bu qarşıdurmanı aşmağa cəhd etmək lazımdır. Ən azından insanlar Assambleya daxilində həll yollarını axtarmağa cəhd etsinlər".
AŞPA prezidenti həmçinin qeyd edib ki, münaqişədən ən çox əziyyət çəkən regionun sakinləridir: "Daha çox bu regionun sakinləri münaqişədən əziyyət çəkirlər. Onlar Avropa Şurasının üzvləridirlər. Onlar qorunmalıdır. Onların insan haqları qorunmalıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info