“Qarabağ”ın sürətli hücumlara çıxdığını bilirik”
Tarix: 28.09.2015 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Təəssüf ki, qol şanslarından yararlana bilmirik. Həm çempionatda, həm də Avrokubokda əlimizə düşən imkanları qola çevirməliyik”. Bu sözləri “Anderlext”in yarımmüdafiəçisi Steven Defur deyib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Anderlext” Belçika çempionatının IX turunda “Sent-Truyden”ə 1:0 hesabı ilə qalib gəlib. Bu matçda penaltini dəyərləndirə bilməyən Defur mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib.
O, həm “Sent-Truyden”lə görüş, həm də Avroliqada “Qarabağ”la keçiriləcək matç barədə danışıb: “Sent-Truyden”lə oyunda saysız-hesabsız imkanlarımız oldu. Digər komandalar daha çox qol vururlar. Amma bir həqiqət var ki, çox yaxşı oynayırıq. Çempionatda xal itkisini sonradan sığortalamaq mümkündü. Ancaq Avropa Liqasında belə bir şansın olmur. Buna görə də, “Qarabağ”la oyundan başlayaraq, görüşlərdə əlimizə düşən şanslardan maksimum yararlanmalıyıq. Növbəti rəqibimiz “Qarabağ”ın sürətli hücumlara çıxdığını bilirik. Hücumda məhsuldar oynamaqla yanaşı, müdafiədə də çox ehtiyatlı olmalıyıq. Çünki belə turnirdə rəqib adi səhvi belə, bağışlamır”. Qeyd edək ki, “Qarabağ” - “Anderlext” görüşü oktyabrın 1-də, Bakıda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info