“Müstəqil xarici siyasət həyata keçirən dövlət Vaşinqton üçün təhlükədir”
Tarix: 29.09.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Rusiya Avropanı Vaşinqtonun tətbiq etdiyi
siyasətin xoşagəlməz nəticələrindən qoruyur”

“Amerika Birləşmiş Ştatları və Qərb Rusiyanı heç vaxt bərabərhüquqlu tərəfdaş kimi qəbul etməyəcəklər. Onları bu ölkəni yalnız vassal kimi görmək təmin edir”. Bu fikirlər amerikalı iqtisadçı və siyasi analitik Pol Kreyq Robertsə aiddir.
Qeyd edilməlidir ki, Pol Kreyq Roberts ötən əsrin 70-80-cı illərində Amerikada fəaliyyət göstərən “Mövcud təhlükələrə qarşı komitə”nin fəal üzvlərindən biri olub. Həmin ərəfədə dünya üçün əsas təhlükə, təbii ki, Sovet İttifaqı qəbul edilirdi. “Mövcud təhlükələrə qarşı komitə” üzvlərinin əksəriyyəti Reyqanın prezidentliyi dövründə hakimiyyətdə təmsil olunurdular. Pol Kreyq Roberts də bu illərdə ABŞ-ın maliyyə katibinin müavini vəzifəsini icra edirdi. Xatırlatmaq yerinə düşər ki, Reyqan Sovet İttifaqına qarşı sərt iqtisadi və ideoloji təzyiq strategiyası həyata keçirirdi. Sonrakı dövrlərdə bu strategiya soyuq müharibə ilə əvəzləndi. Pol Kreyq Roberts bu günlərdə “Russia İnsider” nəşrində dərc etdirdiyi məqalədə, qəribə də olsa, dünya üçün ən böyük təhlükə mənbəyi kimi öz ölkəsini - Amerika Birləşmiş Ştatlarını görür: “Rusiya böyük ehtimalla ümid edir ki, Vaşinqtonun Ukraynada yaratdığı böhranı diplomatik yolla həll edə bilər. Kreml bu məsələdə Minsk müqaviləsinə böyük ümidlər bəsləyir. Rusiya bu istiqamətdə nə Kiyev, nə Vaşinqton, nə London, nə də ki, NATO-dan heç bir dəstək gözləmir. “Luqansk və Donetsk Xalq Respublikaları”nın Rusiya ilə birləşdirilməsi üçün sorğu təsdiq edilərsə, Moskva Ukrayna böhranına son qoya bilər. Belə ki, Ukraynanın separatçı “respublikaları” Rusiyanın bir hissəsi olacağı təqdirdə böhran tezliklə başa çata bilər. Belə olan təqdirdə Ukrayna Rusiyaya hücum etməyə cəsarət etməz. Lakin Rusiya bunun Avropa üçün təxribat və təhlükəli bir addım olacağını nəzərə alaraq, bu yoldan çəkinir. Amma Rusiya nəzərə almalıdır ki, Moskvaya qarşı mübarizədə Vaşinqtonun bir vasitə kimi istifadə etdiyi Avropa, çox riskli rolda çıxış edir və bu, gələcəkdə Avropa üçün çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Əslində, Rusiya Avropanı Vaşinqtonun tətbiq etdiyi siyasətin xoşagəlməz nəticələrindən qoruyur. Bu, diplomatiyada uğursuzluğun nümunəsidir. Rusiya başa düşməlidir ki, ABŞ və onun vassalı olan NATO olan yerdə diplomatiya işləmir. Rusiyanı “beynəlxalq normaları pozmaqda” ittiham edən ABŞ, əslində Moskvanın onun əmrlərinə tabe olmamasını nəzərdə tutur. Vaşinqton həmişə öz iradəsini tətbiq etməyə çalışır. Vaşinqtonda hesab edirlər ki, yalnız onlar "beynəlxalq standartları" müəyyən edirlər. Amerika özünü "müstəsna və əvəzsiz" dövlət kimi təqdim edir. Vaşinqtona görə, dünya ABŞ-ı belə qəbul etməlidir. Müstəqil xarici siyasət həyata keçirən hər hansı bir dövlət Vaşinqton üçün təhlükədir. Rusiya, Çin və İran Vaşinqtonun diqqət mərkəzindədir. Bu ölkə üçün müqavilə, “əməkdaşlıq” o qədər də önəm kəsb etmir. Rusiya rəhbərliyi hələ də elə güman edir ki, Vaşinqtonun Yaxın Şərqdəki uğursuz siyasətindən sonra, onların “İŞİD”-ə qarşı birgə mübarizəsi mümkündür. Təbii ki, bu, uğursuz bir arzudur. Vaşinqton və Moskva nə Suriyada, nə də İraqda “İŞİD”-ə qarşı birgə mübarizə apara bilməz. Rusiya sülh tərəfdarıdır, beynəlxalq qanunlara hörmətlə yanaşır, radikal terrora qarşı mübarizə aparır. Vaşinqton isə hüquqi məhdudiyyətlər olmadan müharibə istəyir, Bəşər Əsədi hakimiyyətdən kənarlaşdırmaq üçün radikal terrorçulara maliyyə yardımı göstərir. Vaşinqtonun yalnız bir məqsədi var - dünyaya nəzarət etmək. Yalnız Rusiya və Çin bizim dünyanı Armaqeddondan qoruya bilər. Lakin onlar Qərbin tilsimindən çıxaraq planetimizi qoruya biləcəklərmi?”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info