Dünya Kubokunun iştirakçıları “Qala” kompleksi və “Atəşgah” məbədi ilə tanış olublar
Tarix: 29.09.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən şahmat üzrə dünya kubokunun iştirakçılarının Azərbaycanın tarixi-mədəni abidələri ilə tanışlıq turu təşkil edilib. “Dünya kuboku-2015”-in mətbuat xidmətindən bildiriblər ki, turnirdə yarımfinala vəsiqə qazanan şahmatçılar, onların məşqçiləri, əcnəbi hakimlər və jurnalistlər istirahət günündə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və “Atəşgah” məbədi Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.
Qonaqlar əvvəlcə “Qala” kompleksi ilə tanış olublar. Onlara Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, burada saxlanılan əşyalar, eksponatların tarixi, qədim dövrdə insanların həyat şəraiti haqqında ətraflı məlumat verilib. “Qala” kompleksində gənclər qayaüstü rəsmlər, orta əsr keramikası, məişət və bəzək əşyaları, silah və sikkələrlə, orta əsrlərdə istifadə edilən çəki vahidləri ilə tanış olub, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək imkanı əldə ediblər. Sonra Dünya Kubokunun iştirakçıları “Atəşgah” məbədi Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakıda və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və tarixi abidələri əks etdirən guşələr var. Qonaqların diqqətinə çatdırılıb ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli “Atəşgah” məbədində alovlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info