“Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə”
Tarix: 29.09.2015 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Prezidentin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” məqalələr toplusu hazırlanıb.
Topluya Əli bəy Hüseynzadə haqqında müstəqillik illərində yazılmış, əlibəyşünaslığın çağdaş inkişaf səviyyəsini əks etdirən elmi və elmi-publisistik məqalələr daxil edilib. Bu məqalələr böyük ədib və mütəfəkkir, görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin mənalı ömür yolu və çoxcəhətli fəaliyyəti barədə dolğun təsəvvür yaratmağa xidmət edir. Akademik İsa Həbibbəylinin, tanınmış tədqiqatçılardan Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Nizami Cəfərovun, Vilayət Quliyevin, Yavuz Akpınarın, Bədirxan Əhmədovun, Şamil Vəliyevin, Azər Turanın, Zaman Əsgərlinin, Alxan Bayramoğlunun, Ofelya Bayramlının, Vaqif Arzumanlının, Gözdə Gingörün, Cavidə Məmmədovanın, Lütviyyə Əsgərzadənin, Firəngiz Cabbarovanın məqalələrində Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının, “Molla Nəsrəddin” və “Füyuzat” ədəbi məktəbləri əlaqələrinin aktual məsələləri əksini tapıb. Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, tərtibçiləri və çapa hazırlayanları dosent Nikpur Cabbarlı və professor Şamil Vəliyevdir. “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” məqalələr toplusu “Elm” nəşriyyatında çap olunub.






 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info