“Türk axını” layihəsi siyasi qeyri-müəyyənlikdən azad olur
Tarix: 29.09.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Türk axını” qaz boru kəməri layihəsi (Turkish Stream) siyasi qeyri-müəyyənlikdən tədricən azad olmağa başlayır. Anadolu agentliyi xəbər verir ki, bu sözləri Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) prezidenti Gürkan Kumbaroğlu deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin keçən həftə Moskvada keçirdiyi birgə görüşü dayandırıldığı açıqlanan “Türk axını” layihəsinin siyasi qeyri-müəyyənlikdən azad olması baxımından dönüş nöqtəsi kimi qiymətləndirib.
G.Kumbaroğlu iş birliyinin davam etdirilməsi baxımından ortaya qoyulan iradənin “Türk axını”nın gələcəyi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə ümumilikdə 4 kəmərin təxminən 11,4 milyard avro dəyərində olduğu bildirilir.
Xatırladaq ki, sentyabrın ortalarında Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müşavirinin müavini Səfa Sadiq Aytəkin “Türk axını” layihəsi ilə bağlı Rusiya tərəfi ilə danışıqların dayandırıldığını, “Qazprom” şirkətinin vitse-prezidenti Aleksandr Medvedev isə qaz boru kəmərinin çəkilişinin təxirə salındığını açıqlamışdılar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info