Azərbaycanın parlament nümayəndə heyəti Sankt-Peterburqa səfər edib
Tarix: 29.09.2015 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Rüstəm Abdullayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İnformasiya Texnologiyaları Departamentinin direktoru Samir Quliyev, “DAN” beynəlmiləlçi gənclər İctimai Birliyinin üzvü Nərminə Teymurova, Milli Məclisin mütəxəssisi Aydan Fərəcova, Könüllülük hərəkatının koordinatoru Süleyman Əliyev, Moskva Dövlət vilayət institutunun aspirantı Sabir Əhmədov və Azərbaycan Kooperasiya Universitetinin tələbə elmi cəmiyyətinin üzvü Çingiz Məmmədyarov Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının növbəti payız sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər ediblər.
2015-ci il assambleyada Belarusun sədrlik ilidir və onun əlaqələndiricisi Belarusiya parlamentinin nümayəndələr palatasının deputatı İnessa Kleşuk seçilib.
Azərbaycan daxil olmaqla, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Ermənistan dövlətlərindən olan milli, regional, yerli və bələdiyyə səviyyəli gənc deputatlar, mərkəzi icra orqanlarının nümayəndələri, gənclər hərəkatlarının və ictimai strukturlarının, gənclər parlamentlərinin nümayəndələri sessiyada iştirak ediblər.
Sessiyanın işgüzar proqramı gənclər mövzusunda bir sıra aktual tədbirləri əhatə edib. Sessiya çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının altıncı iclası baş tutub, Sankt-Peterburqun siyasi, ictimai, elmi və işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirilib.
Məlum olduğu kimi, 2015-ci il Müstəqil Dövlətlər Birliyində Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunub. Bununla bağlı tədbir zamanı “1941-1945-ci illərin Böyük Vətən müharibəsi MDB xalqlarının tarixində və XXI əsrin gəncləri” mövzusunda diskussiya meydançası keçirilib.
İclasda gənclərin qanunvericilik təşəbbüsləri və onların həyata keçirilməsi mexanizmləri müzakirə olunub. İclasda, həmçinin, 2020-ci ilədək olan dövrdə gənclərin beynəlxalq əməkdaşlığı strategiyasının həyata keçirilməsinə dair MDB iştirakçı dövlətlərinin gənclər siyasəti məsələləri üzrə 2016-2017-ci illər üçün tədbirlər planı, parlamentlərarası qarşılıqlı fəaliyyət üçün informasiya-kommunikasiya resursunun yaradılması, gənclər mühitində sosial cəhətdən təhlükəli halların ilkin profilaktikası məsələlərinə baxılıb.
Xatırladaq ki, MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyası Birlik dövlətləri arasında gənclər hərəkatlarının, gənc parlamentarilərin və liderlərin əməkdaşlığın inkişafı prosesinə cəlb edilməsi məqsədi ilə 22 noyabr 2012-ci il tarixində MDB-nin Parlamentlərarası Assambleyasının qərarı ilə yaradılıb və MDB-nin daimi fəaliyyət göstərən məşvərət orqanıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info