“Avropa Parlamenti Azərbaycanla bağlı qətnamənin mənfi təsirini düzgün dəyərləndirməlidir”
Tarix: 29.09.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mathias Dornfeldt Avropa Parlamentinin prezidenti Martin Şultsa etiraz məktubu ünvanlayıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından bildiriblər.
Məktubda deyilir ki, Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutu imkanları çərçivəsində Almaniya və Xəzər hövzəsi ölkələri arasında beynəlxalq münasibətlərin inkişafına töhfələrini verməyə çalışır. Biz Azərbaycandakı vəziyyət haqqında tam məlumatlıyıq və deyə bilərik ki, hazırda rüşvətxorluğa (misal üçün “ASAN xidmət” mərkəzlərini göstərmək olar), eləcə də yoxsulluğa qarşı aparılan mübarizədə və ya qadın haqları ilə bağlı məsələlərdə müsbət inkişaf özünü göstərməkdədir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə ilə əlaqədar təəssüfümüzü bildiririk.
Məktubda qeyd edilir ki, Azərbaycanda son illərdə həyata keçirilən islahatlar təkcə müxtəlif dinlərin nümayəndələrinin (müsəlman, xristian və yəhudilər) birlikdə sülh şəraitində yaşamasına deyil, eləcə də tələbələrin Qərb universitetləri və şirkətləri ilə mübadilə aparmasına, həmçinin bazar iqtisadiyyatının inkişaf etməsinə şərait yaradıb. Azərbaycanın apardığı siyasətin birtərəfli tənqid olunması bu inkişaf tendensiyalarını nəinki nəzərə almır, əksinə bu, daha çox ikili siyasi standartlar təsəvvürü oyadır. Buna görə də Avropa Parlamentinə haqlı olaraq 2008–ci ildə nə səbəbə Ermənistana qarşı eyni qətnamənin qəbul olunmamasına dair sual verilməlidir. Həmin vaxt prezident seçkilərində erməni silahlı qüvvələri tərəfindən 10 müxalifətçi qətlə yetirilib və “Amnesty International” təşkilatının məlumatına görə 80-dən çox siyasi məhbus, eləcə də bir çox tənqidçi jurnalist həbs olunub.
Azərbaycandakı vəziyyəti dəyərləndirərkən Avropa Parlamentinin deputatları nəzərə almalı idilər ki, bu ölkə regional vəziyyəti və tarixi inkişafındakı çətinliklərə baxmayaraq, öz gücü hesabına siyasi və iqtisadi baxımdan sabit ölkə olaraq inkişaf edib. Qonşu ölkələrə nəzər salanda bu cür müsbət inkişaf müşahidə edilmir.
Azərbaycandan olan dövlət qulluqçularına qarşı məqsədyönlü şəkildə sanksiyaların tətbiq olunması və vizaların verilməməsinə dair tələblər də narahatedicidir. Çünki bu cür tədbirlərin görülməsi Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərə uzunmüddətli böyük zərbə olacaq. Xüsusilə, bunu çoxlu böhranların nümunəsində görmək olar. Məsələn, Avropa İttifaqı hazırda Ukraynada və Suriyadakı böhranlarla məşğul olduğu bir vaxtda Azərbaycan ilə bu təşkilat arasında münasibətlərin korlanması Cənubi Qafqazdakı ümumi vəziyyətə əhəmiyyətli şəkildə təsir edə bilər.
Məktubun sonunda Avropa Parlamentinin prezidentinə müraciətlə deyilir: “Sizdən xahiş edirik ki, bu cür qətnamənin mənfi təsirini düzgün dəyərləndirməlisiniz və Azərbaycan ilə dialoqu pozmayasınız, əksinə davam etdirəsiniz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info