Qərb mediası: “Amerikanlar simalarını itirməmək üçün Rusiya ilə əməkdaşlığa hazırdırlar”
Tarix: 29.09.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


“İnosmi.ru”: “Suriya üsyançılarına amerikan yardımı qanunaziddir”

Qərb mediasında Yaxın Şərqdə baş verən faciələrə görə Rusiya-ABŞ münasibətlərinin formalaşmasına olduqca həssas yanaşılır. Bir sıra Qərb media qurumları isə ABŞ-ın baş verən proseslərə mövqeyini ittiham edən və yaxud bu barədə Rusiya tərəfinin mövqeyini qabardan yazılarla çıxış etməkdədirlər.
Məsələn, “İnosmi.ru” bir neçə Qərb mediasının Yaxın Şərqdə baş verənlərlə bağlı Rusiya-ABŞ münasibətləri barəsində yazıb. Yazıda “Libération-Maro” media qurumundan sitat gətirilir: “Vladimir Putin ABŞ-ın suriyalı üsyançılara dəstəyini qeyri-qanuni adlandırıb. Putin bu barədə bəyanatını sentyabrın 27-də BMT-nin plenar iclası çərçivəsində Barak Obama ilə görüşü ərəfəsində verib. Rusiya prezienti bəyan edib ki, onun fikrincə, qeyri-qanuni strukturlara hərbi texnikanın verilməsi beynəlxalq hüquqa və BMT-nin Xartiyasına ziddir”. Qəzet onu da bildirir ki, Qərb də Rusiyanı Ukraynanın şərqindəki üsyançılara qarşı bu cür dəstək göstərməkdə günahlandırır. Qəzet onu da yazır ki, Rusiya Suriya ərazisində hökumətə hərbi dəstəyi artırıb və “İŞİD”lə mübarizədə Dəməşqə dəstək vermək üçün güclərin birləşdirilməsinə çağırır: “Amma ABŞ hələ də onun bu çağırışına rədd cavabı verir”.
Bundan başqa Putinin ABŞ-ın Suriya üsyançılarından “İŞİD”-ə qarşı mübarizə aparmaq üçün 5400 döyüşçü hazırladığı ilə bağlı informasiyaya da mənfi münasibət bəslədiyi qeyd edilir: “Bununla bağlı Putin kinayə ilə bildirib ki, bu qədər döyüşçüdən yalnız 60 nəfəri doğru-düzgün hazırlanıb, çünki hazırda “İŞİD”ə qarşı onlardan çox cüzi sayda insan döyüşür. Rusiya prezidenti onu da bildirib ki, yalnız qanuni prezidenti dəstəkləyirlər”.
“La Voix de la Libye” media qurumu isə Putinin amerikan jurnalist Çarli Rouza müsahibəsinə diqqət çəkib: “Jurnalistin Rusiya raket qurğuları və təyyarələrinin “nizami orduya” qarşı yönələ biləcəyi ehtimalı ilə bağlı sualına Putin belə cavab verib: “Suriyada yeganə qanuni qüvvə Suriya hökumətinin silahlı qüvvələridir. Həmçinin Rusiya lideri öz çıxışında bütün tərəflərə terrorizmlə mübarizədə birgə platforma hazırlamağı təklif edib”.
“Libération-Maroc” isə yazır ki, İraq hakimiyyəti “İŞİD”-lə mübarizənin koordinasiya mərkəzinin yaradılması barədə bəyanat veriblər. Bu mərkəz Rusiya, İran və Suriya ilə birgədir: “Moskva “İŞİD” sıralarında minə qədər Rusiyadan olan terrorçunun olduğundan narahatlığını bildirib. Moskvadan olan hərbi mənbənin bildirdiyinə görə, koordinasiya mərkəzinin işi dörd ölkədən olan zabitlər tərəfindən növbə ilə aparılacaq. Buraya İraq zabitləri də daxildir”.
O da qeyd edilir ki, Rusiyanın məsul şəxslərindən biri Rusiyanın “İŞİD”-lə mübarizədə amerikan təşəbbüsünə qoşulacağının mümkünlüyü barədə danışıb. Belə ki, amerikanların bununla bağlı təşşəbüsləri 2014-cü ilin yayından başlayıb.
“La Voix de la Libye” yazır ki, ABŞ regionda öz hərbi varlığını artıran Moskvanın amerikan himayəsində olanlara hücumundan qorxur: “ABŞ müdafiə naziri Eşton Karter, öz simalarının itirilməsindən qorxaraq, “Rusiya Bəşər Əsədin bütün düşmənlərinə hücum etməsə, onunla əməkdaşlığımız mümkün ola bilər” deyə bəyan edib.
“La Voix de la Libye” qeyd edir ki, Rusiya Suriyada qaçqınlar üçün düşərgə tikir: “Xama şəhərinin mərkəzində, döyüş əməliyyatlarının aparıldığı ərazilərdən 40 kilometr aralıda Rusiya mühəndisləri və inşaatçıları qaçqınlar üçün çadır şəhərcikləri salıblar. Dörd il ərzində Suriya əhalisinin yarıya qədəri yollara düşüb. Düşərgə 500-1000 nəfərlik insan üçün nəzərdə tutulub”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info