Girovlarımızla bağlı Avropa parlamentarilərinə elektron müraciət olunub
Tarix: 29.09.2015 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyevin təşəbbüsü və rəhbərliyi ilə Avropa Parlamentinin 750-ə yaxın üzvünə e-poçt vasitəsi ilə 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən və girov götürülən mülki şəxslər olan Həsən Həsənov və Dilqəm Əsgərovla, Şahbaz Quliyev haqqında və onların pozulmuş hüquqlarının bərpa olunması üçün müraciət ünvanlanıb.
Müraciətdə bildirilir: "Hörmətli Avropa Parlamentinin üzvü! Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20% ərazisi işğal edilib və bir milyon əhali öz ərazilərindən qaçqın və məcburi köçkün halına salınıb. Bu işğal 25 ilə yaxındır ki, davam edir. Bu münaqişə ilə bağlı BMT 4 Qətnamə qəbul edərək həmin ərazilərin erməni hərbi birləşmələrindən dərhal boşaldılması ilə bağlı qərarı var. Eyni zamanda digər beynəlxalq təşkilatların qərar və tövsiyələri var ki, ərazilər boşaldılmalı və oradan zorla çıxardılan əhali öz yerinə qaytarılmalıdır. Lakin hələ də Ermənistan dövləti nə BMT-nin, nə də digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə əməl etmir. 2014-cü ilin iyun ayında öz yaxınlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən və orada erməni hərbiçiləri tərəfindən öldürülən mülki şəxslər olan Həsən Həsənov və girov götürülən Dilqəm Əsgərovla, Şahbaz Quliyev heç bir qanunu pozmayıb. Həmin şəxslər hansısa bir ölkənin ərazisinə icazəsiz daxil olmayıb. Kəlbəcər rayonu Azərbaycan ərazisidir və bunu həm BMT, həm də digər bütün beynəlxalq təşkilatlar və dünya dövlətləri təsdiq edib. O şəxslərin də həmin əraziyə getmək hüquqları var, çünki o ərazilər Azərbaycana məxsusdur və adı qeyd olunan şəxslərin anadan olduğu ərazilərdir. Onların istədikləri vaxt həmin ərazilərə getmək yaşamaq hüquqları var, eyni zamanda digər bir milyon qaçqın və məcburi köçkün Azərbaycanlı bu hüquqa malikdir. Həsən Həsənovun öldürülməsi, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girov götürülərək hər gün insanlığa sığmayan işgəncələrə məruz qalması, qondarma məhkəmə vasitəsi ilə qərar çıxarıb onların azadlıqdan məhrum edilməsi Beynəlxalq Hüquq normalarına qarşı gəlmək və beynəlxalq təşkilatların tövsiyələrinə zidd getməkdir. Sizdən və Avropa Parlamentində təmsil olunan digər parlamentarilərdən xahiş edirik ki, Beynəlxalq Hüquq normalarına uyğun olaraq həmin şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasına köməklik edəsiniz."
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info