İranda 121 min narkotik qaçaqmalçısı həbs olunub
Tarix: 29.09.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Cari ilin ilk altı ayında (İranda il martın 20-də dəyişir) ölkədə 121 min narkotik qaçaqmalçısı həbs olunub. Bunu İranın narkotiklərlə mübarizə polisinin rəisi general Əli Müəyyidi deyib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verib. Ə.Müəyyidi deyib ki, cari ilin ilk altı ayında 1300 narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə dağıdılıb, 20 silahlı qaçaqçı öldürülüb. Ə.Müəyyidi əlavə edib ki, bu müddət ərzində narkotik qaçaqmalçılar və İran polisi arasında 1000 dəfə silahlı qarşıdurma baş verib: “Cari ilin ilk altı ayından 300 ton narkotik maddə müsadirə olunub ki, bu ötən illə müqayisədə 20 faiz çoxdur.” Ə.Müəyyidi bildirib ki, bu müddət ərzində qeyri-qanuni narkotik istehsal edən 100 sex bağlanılıb: “İranın Əfqanıstanla sərhədləri möhkəmlənəndən sonra narkotik qaçaqmalçıları ölkəyə narkotik idxalı üçün Pakistan sərhədi və azad sulardan istifadə edir. İran polisi şərq və cənub-şərq sərhədlərinə tam nəzarət edir.”
Ə.Müəyyidi həmçinin qeyd edib ki, İranın narkotiklərlə mübarizə polisi 50 ölkə ilə əməkdaşlıq edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”
18.02.2019
İnternetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkarlanıb
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info