“ABŞ Yanukoviçin hakimiyyətdən devrilməsi üçün 5 milyard dollar vəsait xərcləyib”
Tarix: 29.09.2015 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Mən keçmiş SSRİ ərazisindəki mübahisəli məsələlərin, daxili məsələlərin rəngli inqilablar, çevrilişlər və mövcud hakimiyyətlərin anti-konstitusion vasitələrlə dəyişdirilməsi yolu ilə həllini qəti şəkildə qəbuledilməz hesab edirəm”.
TASS agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin CBS və PBS telekanallarına müsahibəsində deyib. O, Rusiyanın Suriyada atdığı addımların dünya ictimaiyyətinin fikrini Ukraynadan yayındırmağa yönəlmədiyini bildirib: “Ukraynaya gəldikdə, bu, xüsusi məsələdir. Ukrayna bizə ən yaxın və qardaş ölkədir. Slavyan xalqı olmaqla yanaşı, həm də rus xalqına dil, mədəniyyət, ortaq tarix, din olaraq ən yaxınıdır”.
Rusiya prezidenti ABŞ-ın Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin hakimiyyətdən devrilməsi üçün 5 milyard dollara qədər vəsait xərclədiyini qeyd edib. Onun fikrincə, hakimiyyətin dəyişməsi üçün xaricdən edilən istənilən müdaxilənin nəticələri ağır olur: “Liviyanın nümunəsində bu, dövlətin tam parçalanması, İraq və Suriyada ərazilərin terrorçular tərəfindən işğalı ilə nəticələnib. Əfqanıstanda isə vəziyyətin necə olduğunu bilirsiniz”.
Rusiya prezidenti Ukraynada dövlət çevrilişinin vətəndaş müharibəsinə səbəb olduğuna diqqət çəkib: “Tutaq ki, Ukraynanın bir çox vətəndaşları prezident Yanukoviçə inanmırdılar. Lakin qanuni şəkildə seçkilərə getmək lazım idi, başqa dövlət başçısı seçmək və dövlət çevrilişləri həyata keçirməmək lazım idi”.
“Normandiya dördlüyü” çərçivəsində dialoqun davam etdirildiyini deyən V. Putin Minsk razılaşmalarının yerinə yetirilməsinin də vacibliyini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info