“Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır”
Tarix: 29.09.2015 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Bunu bu gün Bakıda keçirilən ”Azərbaycan və Xəzər dənizi Neft və Qaz Həftəsi - 2015” (Azerbaijan & Caspian Sea Oil & Gas Week – 2015) konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib.
M. Mardın sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsinin 43%-i Avropa İttifaqının payına düşür: "Ticarət dövriyyəsinin böyük hissəsi enerji sektoruna aiddir. Məhz bu sahədə bizim çox güclü əlaqələrimiz var".
Azərbaycan qazının Avropaya ixracını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsindən söz açan səfir qeyd edib ki, bu layihə Avropa İttifaqı üçün strateji önəm daşıyır və ittifaq layihəni tam dəstəkləyir. Diplomat bildirib ki, layihənin nəzərdə tutulan vaxtda tamamlanması əsas məqsədlərdəndir və bu istiqamətdə işlər plana uyğun davam edir.
M. Mard əlavə edib ki, gələcəkdə "Cənub Qaz Dəhlizi" layihəsinin imkanları genişləndirilə bilər: "Düşünürük ki, bu layihə bizim enerji strategiyamızın təhlükəsizliyi baxımından vacibdir. Genişləndirmə çərçivəsində müxtəlif variantlar nəzərdən keçirilə bilər. Biz Avropaya daha böyük həcmdə enerji resurslarının çatdırılmasını istərdik".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
18.01.2019
Umayra Tağıyeva: Küləyin sürəti saniyədə 18-20 metrdən artıq deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info