“Bizə münaqişələrə vaxtında cavab verməyi bacaran BMT Təhlükəsizlik Şurası lazımdır”
Tarix: 29.09.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Sülhün və təhlükəsizliyin, o cümlədən terrorizmə qarşı birgə mübarizə yolu ilə təmin edilməsi problemləri yaxın illərdə BMT-nin prioritetlərindən biri olmalıdır. Danimarkanın Baş naziri Lars Lökke Fransmussen BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində ümumi siyasi diskussiyalardakı çıxışında bu məqamları vurğulayıb. Danimarkanın Baş naziri beynəlxalq siyasətin gələcəyi barədə öz fikirlərini bölüşərək deyib: “Mən yaxın illərdə BMT üçün bir neçə mühüm prioritet görürəm. Onlardan birincisi sülh və təhlükəsizlikdir. Biz təkcə Suriyada və İraqda yox, həm də silahlı münaqişələrin və zorakılığın genişləndiyi Afrika regionlarında ekstremizm və terrorizm təhdidlərinə birlikdə güclü cavab verməliyik”. Fransmussen öz nitqində sülhün təmin edilməsində BMT Təhlükəsizlik Şurasının rolu məsələsi üzərində də dayanıb. Onun sözlərinə görə, BMT-nin sülhyaratma qüvvələri bu problemi təkbaşına həll edə bilməz. Danimarkanın Baş naziri vurğulayıb: “Bizə beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsinə dair zəruri qərarlar qəbul etməyə hazır olan Təhlükəsizlik Şurası, qarşıya çıxan münaqişələrə vaxtında cavab verməyi və dünya nizamını onun indiki formasında əks etdirməyi bacaran Təhlükəsizlik Şurası lazımdır”. Lars Lökke Fransmussen onu da qeyd edib ki, Danimarka öz tərəfindən bu təşkilatın sülhyaratma missiyalarında daha fəal iştirak etmək, o cümlədən Mali ərazisində BMT-nin apardığı əməliyyata öz töhfəsini artırmaq niyyətindədir. Hazırda həmin əməliyyatın iştirakçıları arasında cəmi 20 nəfər danimarkalı var. İndi Avropanın üzləşdiyi miqrasiya problemini genişmiqyaslı təhdid adlandıran Fransmussen qeyd edib ki, bu təhdidin öhdəsindən gəlmək üçün əvvəlcə problemin səbəblərini aradan qaldırmaq lazımdır. Baş nazir Danimarkanın Yaxın Şərq ölkələrindən olan qaçqınlara kömək göstərilməsi üçün 100 milyon avro vəsait ayırmaq niyyətində olduğunu bildirib və dünya ölkələrini münaqişələrin nəticələrini və iqtisadi qeyri-bərabərliyi aradan qaldırmaq üçün birgə mübarizə aparmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info