Nazarbayev yeni dünya valyutası yaratmağı təklif edir
Tarix: 30.09.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Qazaxıstan prezidenti Nursultan Nazarbayevə görə, dünya ehtiyat valyutası hazırkı mərhələdə dünyanın qanuni meyarlarına, demokratiya və səmərəliliyinə cavab vermir. Nursultan Nazarbayev, BMT-yə üzv dövlətlərin səylərini birləşdirərək fövqəlmilli dünya valyutasını inkişaf etdirmək təklifi ilə çıxış edib.
Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxışı zamanı Nazarbayev qlobal böhrana qarşı mübarizə məsələsində yeni qaydaların bərpasına başlamaq və dünyanın ehtiyat valyutasına yenidən baxmaq lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, indi bütün bunlar hüquq, demokratiya, rəqabət, effektivlik və beynəlxalq nəzarətin aliliyi meyarlarına cavab vermir: “Ona görə də XXI əsrdə yeni keyfiyyətli maliyyə alətlərinin yaradılmasına böyük ehtiyac var. Məhz bunları nəzərə alaraq, BMT-yə üzv dövlətlər səylərini birləşdirməli və qlobal dayanıqlı, problemlərə cavab verə biləcək fövqəlmilli dünya valyutasının yaradılması üzərində işləməlidirlər . Qeyd edilməlidir ki, bir müddət əvvəl də Qazaxıstan dövləti Avrasiya İqtisadi Birliyi daxilində yeni valyutanın tətbiqini istisna etmirdi. Qazaxıstan rəhbərinin fikrincə, hazırkı immiqrasiya böhranı təkcə müharibələrlə deyil, həm də inkişaf fərqləri ilə bağlıdır. Ona görə də, Nazarbayev hər bir dövlətin öz müdafiə büdcəsinin 1 faizini davamlı inkişaf üzrə BMT-nin xüsusi fonduna köçürməsini təklif edib. Xatırladaq ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışı zamanı Nazarbayev müxtəlif ölkələrdəki qeyri-bərabər inkişaf məsələlərinə də münasibət bildirib. Onun sözlərinə görə, mənfi tendensiyalar Yaxın Şərq, Afrika və Asiyadakı münaqişələri daha da mürəkkəbləşdirib. Hazırkı dövrdə uğurlu ölkə öz silah arsenalı ilə öyünməməli, yenilikçi ideyalar çağırışı ilə çıxış etməlidir: “Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2014-cü ildə dünya dövlətlərinin ümumi hərbi xərcləri 1.7 trilyon dolları və ya dünya ÜDM-in 2,3 faizini ötüb”. Çıxışına davam edən Qazaxıstan prezidenti hazırkı görüşün bütün imkanları birləşdirmək üçün yaxşı bir fürsət olduğunu nəzərə çatdırıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info