Mərkəzi Afrika Respublikasında 500 məhbus həbsxanadan qaçıb
Tarix: 30.09.2015 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Bangi şəhərində baş verən ixtişaşlar nəticəsində 500 məhbus həbsxanadan qaçmağa
nail olub.

“İnterfax” informasiya agentliyi xəbər verir ki, qaçanlar arasında 60 nəfər xüsusilə təhlükəli məhbus, biri-biri ilə düşmənçilik edən müsəlman və xristian qruplaşmalarının üzvləri də var. Mərkəzi Afrika Respublikasında ixtişaşlar müvəqqəti prezident Katrin Samba-Pansanın BMT Baş Məclisinin iclasında iştirak etmək üçün Nyu-Yorka yola düşməsindən sonra başlayıb. Ölkə paytaxtındakı məscidin yaxınlığında bir müsəlmanın cəsədinin tapılması icmalar arasında toqquşmaların yenidən alovlanmasına səbəb olub. Şəhər sakinləri qətldə yerli xristian icmasını günahlandırırlar. Toqquşmalar zamanı artıq 42 nəfərin öldüyü barədə məlumat verilir. Bundan başqa, sentyabrın 28-də BMT sülhməramlılarının kütləvi etiraz aksiyasının iştirakçılarını atəşə tutması nəticəsində də bir neçə yerli sakin həlak olub. Ölkədə gərgin vəziyyət yaranması səbəbindən müvəqqəti prezidentin Nyu-Yorku vaxtından əvvəl tərk edərək geri döndüyü bildirilir.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Sarı jiletlər” Fransada şənbə gününə yeni aksiya təyin edib
13.12.2018
“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
13.12.2018
“Brexit”: Tereza Mey etimad səsverməsində qalib gəlib
12.12.2018
Türkiyə Suriyada yeni əməliyyata başlayır
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info