Çexiyalı ekspert: “Çex Respublikası Azərbaycanla strateji tərəfdaşlığa can atır”
Tarix: 30.09.2015 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Azərbaycan Avropa üçün əsas enerji aktorudur və belə olmağa davam edəcək”. Bunu APA-ya müsahibəsində Praqa Metropolitan Universitetinin beynəlxalq münasibətlər və Avropaşünaslıq Departamentinin rəhbəri, Beynəlxalq və Təhlükəsizlik məsələləri üzrə Mərkəzi Avropa Jurnalının (CEJİSS) baş redaktoru Mitçel Belfer deyib.
O bildirib ki, Çexiya parlamentli respublika olduğu üçün prezident Miloş Zemanın Azərbaycana səfəri zamanı çatdırılan mesajlar baxımından səfər mühüm əhəmiyyətə malikdir. M. Belfer ötən illər ərzində Çexiya hökumətinin biznes əlaqələri və bəzi siyasi elita qrupları arasında yayılan antiqərb populizmi nəticəsində Rusiyanın təsir zonasına daxil olduğunu bildirib: “Ümid edilir ki, Çex Respublikasının Azərbaycanla strateji tərəfdaşlığa can atması Çexiyanın Avropaya qayıtmaq marağında olduğunun göstəricisidir. Azərbaycan Avropa üçün əsas enerji aktorudur və belə olmağa da davam edəcək”. Çexiyanın Azərbaycan qazı və digər karbohidrogen məhsullarından müəyyən qədər asılı olduğunu söyləyən M. Belfer Azərbaycanın enerji infrastrukturunun da Çexiyanın hidravlik nasos və digər mexaniki vasitələrinə ehtiyacı olduğunu bildirib. Ekspert Çexiya prezidenti tərəfindən səsləndirilən “Azərbaycan bütün öhdəliklərini yerinə yetirir, heç də bütün dövlətlər belə yüksək maliyyə intizamı ilə fərqlənmir” fikrinə də münasibət bildirib: “Təkcə Miloş Zeman deyil, Avropada Azərbaycanı və regiondakı vəziyyəti başa düşən bir çoxları bu fikirləri bölüşürlər”. Belferin sözlərinə görə, Avropa İttifaqının şərqində olan böhranlar həll olunmadan “Şərq Tərəfdaşlığı” irəliləyə bilməyəcək: “Ukraynadakı münaqişə, Ermənistanın Dağlıq Qarabağı işğalı və Rusiyanın Gürcüstan ərazilərində mövcudluğu davam etdikcə bu vəziyyət belə də qalacaq”. Ekspert qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcəyi Avropa İttifaqının öz gələcəyindən asılıdır: “Əgər, Avropa İttifaqı iqtisadi artım və həmrəylik, siyasi harmoniya və hərbi potensialın birləşdirilməsi istiqamətində davam etsə, onda Azərbaycan daha irəli gedəcək və Avropanın strateji prioritetləri arasında mərkəzi yer tutacaq. Əgər, Avropa İttifaqı böhranlar qarşısında parçalanmağa davam etsə, Azərbaycan bəzi dövlətlər üçün, məsələn Çexiya və Slovakiya üçün güclü tərəfdaş, bəziləri üçün isə zəif tərəfdaş olacaq”. Dağlıq Qarabağ münaqişəsinə də toxunan M. Belfer bildirib ki, heç bir güzəşt olmamalıdır, Dağlıq Qarabağ suveren Azərbaycanın ərazisidir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info