Bakıda beynəlxalq seminar keçirilir
Tarix: 30.09.2015 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə beynəlxalq seminar keçirilir.
“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, 30 sentyabr - 1 oktyabr tarixlərində Bakıda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə beynəlxalq seminar keçirilir.
Seminarda Beynəlxalq Əmək Təşkilatının, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının, MDB və Baltikyanı ölkələrin Nəqliyyat işçilərinin 15 həmkarlar ittifaqı təşkilatının nümayəndələri iştirak edir.
Tədbiri giriş sözü ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov açaraq qonaqları salamladı və seminarın işinə uğurlar arzulayıb.
Seminarın əsas mövzusu "Transmilli şirkətlərdə və şəxsi müəsssələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması (BƏT-nın 87 və 98-ci Konvensiyalarının icrası)"dır. Seminarın gündəliyinə "BƏT-in 87, 98-ci Konvensiyaları-onların əhəmiyyəti, təcrübə və reallaşdırma problemləri" (məruzəçi Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Sergius Qlovatskas), "Nəqliyyatçıların Beynəlxalq Federasiyasının 43-cü konqresinin yekunları, onun qərar və qətnamələrinin həyata keçirilməsi proqramı" (məruzəçi Nəqliyyatçıların Beynəlxalq Federasiyasının baş katibi Stiven Kotton) və "Postsovet ölkələrinin dəmir yollarında həyata keçirilən hüquqi-təşkilati dəyişikliklərin sahə həmkarlar ittifaqı hərəkatına təsiri" (məruzəçi Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Gennadi Kosolapov) mövzularında məruzələr də daxil edilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Curbanov və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırovun da çıxış etməsi gözlənilir.
Asudə vaxtlarda seminar iştirakçıları üçün Bakının tarixi və görməli yerlərinə ekskursiyalar da təşkil olunub. Tədbir çərçivəsində iştirakçılar "Azərbaycan Dəmir Yolları" QSC-nin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi ilə görüşü də gözlənilir.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info