“Avropa Azərbaycanla tərəfdaşlıqdan imtina etməməlidir”
Tarix: 30.09.2015 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Avropa qitənin enerji təhlükəsizliyini təmin edən Azərbaycanla tərəfdaşlıqdan imtina etməməlidir. Bunu “Trend”ə müsahibəsində Bolqarıstanın sonuncu Çarı və sabiq Baş naziri Simeon Saks-Koburq (II Simeon) deyib.
Onun sözlərinə görə, Azərbaycan enerji resursları ilə zəngindir və enerji layihələrini reallaşdırmaq vacibdir: “Həmin layihələr vasitəsilə Azərbaycan qazı Avropaya tədarük ediləcək. Bununla da Azərbaycan onun enerji təhlükəsizliyini təmin edəcək”.
II Simeon bildirib: “Mən Azərbaycan Prezidenti İlham Əliyevin enerji sahəsində siyasətini yüksək qiymətləndirirəm və əminəm ki, o, Avropanın enerji təchizatı üzrə bütün planları reallaşdıra biləcək. Avropa qitənin enerji təhlükəsizliyini təmin edəcək ölkə ilə tərəfdaşlıqdan imtina etməməlidir”.
O, qeyd edib ki, Bolqarıstan Azərbaycanı etibarlı tərəfdaş qismində nəzərdən keçirir: “Hazırda iki ölkə arasında əməkdaşlıq siyasət, iqtisadiyyat və mədəniyyət sahələrini əhatə edir. Enerji sahəsi əməkdaşlığımızda vacib yer tutur. Bolqarıstanın Azərbaycan qazına ehtiyacı var və ölkə enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.
Heydər Əliyev Fondunun xoşməramlı jesti

II Simeon Heydər Əliyev Fondunun Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsi təşəbbüsünü yüksək qiymətləndirib: “Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Trapezitsa”nın bərpa edilməsi üzrə təşəbbüsü xoşməramlı jestdir”.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun Bolqarıstanda humanitar missiyası iki xalqı daha da yaxınlaşdıracaq, ölkələr arasında mədəni əlaqələri daha yüksək səviyyəyə qaldıracaq.
Sabiq Baş nazir Azərbaycana qarşı ən isti münasibət bəslədiyini vurğulayıb: “Heç vaxt Azərbaycanda olmamışam. Lakin ailəmin üzvləri bir neçə dəfə Azərbaycana səfər edib və Bakının gözəlliyinə valeh olublar. Yaxın vaxtlarda ölkənizə gəlməyi çox arzu edirəm”.
Azərbaycan – tolerantlıq nümunəsidir
II Simeon bildirib ki, hazırda münaqişələrin hələ də davam etdiyi, minlərlə insanın qaçqın düşdüyü və dinlərin bir-birinə qarşı gəldiyi dünyada cəmiyyətin yeganə xilası tolerantlıqda və multikulturalizmdədir: “İlk növbədə, İslamı ekstremizmlə eyniləşdirməkdən imtina etmək lazımdır. Başqa yanaşma lazımdır. İnsanlar başqa xalqların və dinlərin mədəniyyəti və dəyərləri ilə daha yaxından tanış olmalıdırlar”.
O, diqqətə çatdırıb ki, Azərbaycan bütün dünyaya tolerantlığın yaxşı nümunəsini nümayiş etdirir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info