“Əli qana batmış Sarkisyan regionda sülh və sabitliyin tərəfdarı deyil”
Tarix: 30.09.2015 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


“Son günlər cəbhə xəttində atəşkəsin intensiv olaraq pozulması bir daha əsas verir ki, beynəlxalq aləm Ermənistana qarşı təzyiqləri artırmalıdır”. Bunu millət vəkili Fuad Muradov bildirib.
Deputat qeyd edib ki, düşmənin təxribatları rəsmi İrəvanın və ya bir neçə beynəlxalq təşkilatın Azərbaycanı sülhsevər siyasətindən döndərmək cəhdləri zamanı baş verir: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət bir vəziyyət yaranan kimi Ermənistan tərəfi bu cür təxribatlara cəhd edir. Görünən odur ki, əli qana batmış Sarkisyan və onun hökuməti regionda sülh və sabitliyin tərəfdarı deyil. Lakin təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də bu istiqamətdə hər hansı ciddi addımlar atmaq istəmir.”
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ilk növbədə Ermənistana qarşı təzyiq mexanizmdən istifədə etməli olduğunu diqqətə çatdıran Fuad Muradov qeyd edib ki, vəsitəçilərin fəaliyyətsizliyi erməni tərəfinin atəşkəsi pozmasına və dinc insanları qətlə yetirməsinə səbəb olur: “Hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Minsk Qrupundan başqa bir format mövcud deyil. Biz dəfələrlə Avropa Şurasının Alt Komitəsindən Dağlıq Qarabağla bağlı fəaliyyət göstərməsini tələb etsək də ermənilər və bəzi ermənipərəst qüvvələr buna ciddi cəhdlə mane olublar və təəssüflər olsun ki, bu iş baş tutmayıb.”
Millət vəkili Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün istənilən addım üçün hazır olduğunu qeyd edib. Bildirib ki, istər sülh, istərsə də digər vasitələrlə işğal altındakı torpaqlarımız azad edilməlidir: “Lakin sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistan tərəfinin təxribatlara əl atmasına sülh prosesinin birbaşa iştirakçısı kimi ATƏT də adekvat münasibət bildirməlidir.”
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info