Azərbaycanla Paraqvay arasında “Anlaşma Memorandumu” imzalanıb
Tarix: 30.09.2015 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Paraqvay Respublikasının xarici işlər naziri Eladio Loizaga ilə görüşüb.
XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirildi, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti qeyd edildi.
Görüşdə regional və beynəlxalq mövzular, o cümlədən Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu, Paraqvayın MERKOSUR-dakı fəaliyyəti, Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələri, habelə Ermənistan-Azərbaycan münaqişəsi barədə fikir mübadiləsi aparıldı.
Ermənistan-Azərbaycan münaqişəsinin son vəziyyəti və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə paraqvaylı həmkarına məlumat verən nazir Elmar Məmmədyarov 10 sentyabr 2015-ci il tarixində Paraqvay Respublikasının Milli Konqresinin Deputatlar Palatasında müvafiq bəyanatın qəbul edilməsinin əhəmiyyətli olduğunu bildirdi.
Nazir Elmar Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana səfərə dəvət etdi. Dəvətə görə təşəkkürünü bildirən nazir, qarşılıqlı olaraq azərbaycanlı həmkarını da Paraqvaya səfərə dəvət etdi.
Görüşün sonunda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Paraqvay Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info