“Minadakı hadisədə İranın bəzi yüksək vəzifəli şəxsləri ölüb və itkin düşüb”
Tarix: 30.09.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


İranın ali lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ötən axşam verdiyi açıqlamada Səudiyyə Ərəbistanında - Minada baş vermiş hadisənin şübhəli olduğunu bildirib. Bu barədə İranın İSNA agentliyi məlumat verir.
Ə.Ə.Vilayəti Minada baş verən hadisədə İranın bəzi yüksək vəzifəli şəxslərinin öldüyünü və itkin düşdüyünü bildirib. “Səudiyyə Ərəbistan bu məsələnin araşdırılması üçün lazımi işlər görməlidir”.
Ə.Vilayəti ölmüş və itkin düşmüş yüksək vəzifəli şəxslərin kimliyini açıqlamayıb.
İranın Həcc və Ziyarət təşkilatının rəsmi xəbər saytının (hajnews.ir) yayımladığı məlumata görə, İranın Livandakı sabiq səfiri Qəzənfər Rüknabadidən başqa, Minada itkin düşənlər arasında Əli Əsğər Fuladgərin də olduğunu bildirirlər. Əli Əsğər Fuladgər İran İslam İnqilab Keşikçilər Korpusunun (Sepah) strateji informasiya ofisinin sədridir.
Bundan başqa, İranın Xarici işlər Nazirliyi, Təhsil Nazirliyi, ali liderin ofisinin bir neçə işçisinin adi itkin düşmüş şəxslərin siyahısında göstərilib.
Qeyd edək ki, son statistikaya görə, Minada baş verən hadisədə 239 iranlı zəvvar ölüb və 240-dan çox zəvvar isə itkin düşüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info