Putin ordudan ölkə xaricində istifadə etmək üçün Federasiya Şurasından icazə istəyib
Tarix: 30.09.2015 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenko bildirib. Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs veriblər.
Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov məruzə ilə çıxış edəcəklər.
V. Matviyenko ordudan konkret harada istifadə olunacağını açıqlamayıb.
Qeyd edək ki, məsələ Rusiyanın Suriyaya hərbi yardımları və bu ölkədə hərbi mövcudiyyəti barədə xəbərlərin artdığı dövrə təsadüf edir. Rusiya və ABŞ prezidentləri bu məsələni BMT Baş Assambleyası çərçivəsində müzakirə ediblər.
Xatırladaq ki, Federasiya Şurası 2014-cü ilin martında Silahlı Qüvvələrdən Ukrayna ərazisində istifadə olunmasına icazə verilməsi üçün prezidentin müraciətini təmin edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info