“Azərbaycan və Rusiyanın fəaliyyət potensialını artırmaq üçün bütün imkanları var”
Tarix: 30.09.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Rusiya-Azərbaycan Regionlararası Forumu ötən illər ərzində öz nüfuzunu möhkəmləndirib və getdikcə özündən iki ölkənin həyatında böyük, vacib hadisə kimi bəhs etdirir. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına və qonaqlarına ünvanladığı müraciətində deyilir.
Müraciəti forumun açılışında Rusiya Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov oxuyub.
VI Rusiya-Azərbaycan Regionlararası Forumu Yekaterinburqda Beynəlxalq Sərgi Mərkəzində işinə başlayıb. Forumun təşkilatçıları qismində Rusiyanın İqtisadiyyat və İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənayesi Nazirliyi çıxış edirlər.
Müraciətdə deyilir: “Forum Rusiya və Azərbaycanın hakimiyyət orqanları rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış alimlərin, siyasətçilərin, mədəniyyət xadimlərinin, işgüzar və ekspert ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edir, sənaye və kənd təsərrüfatında, energetika, turizm sahələrində, eləcə humanitar əlaqələrin möhkəmləndirilməsində tərəfdaşlığımız üçün əhəmiyyətli olan perspektivli ideya və layihələrin geniş spektri üzrə fikir mübadiləsi aparmaq üçün ehtiyac duyulan məkan sayılır”.
Dövlət başçısının sözlərinə əsasən, qarşılıqlı fəaliyyətin potensialını artırmaq və ona əlavə təkan vermək üçün Azərbaycan və Rusiyanın bütün imkanları var.
Forum çərçivəsində ekspert görüşləri və “dəyirmi masa”lar keçiriləcək. Həmin görüşlərdə sənaye və işgüzar dairələrin nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələri üzrə müəssisələrin rəhbərləri, sərhədyanı ərazilərin administrasiya rəhbərləri nəqliyyat, rabitə, turizm, humanitar və təhsil sahələrində inteqrasiya əlaqələrinin inkişafı və əməkdaşlığın dərinləşməsi problemlərini müzakirə edəcəklər.
Azərbaycan və Rusiya regionlarının birbaşa təmaslarına xüsusi diqqət yetiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info