Ahıl insanların sosial müdafiəsi dövlət siyasətinin dəyişməz əsas istiqamətidir
Tarix: 30.09.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən təsis edilən Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin sosial siyasət kursunda ölkəmizdə ahıl insanların dövlət qayğısı ilə təminatı, onların maddi və mənəvi tələbatlarının ödənilməsi mühüm yer tutub. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ahıl vətəndaşların sosial müdafiəsi daha da gücləndirilib. Dövlət başçısının bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, 2006-cı il 17 aprel tarixli Sərəncamla təsdiqlənmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və bir sıra digər dövlət proqramlarına uyğun olaraq, ahılların hərtərəfli sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb.
Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın (2016-2020-ci illər) layihəsi hazırlanıb.
Ahıl şəxslərin həm pensiya təminatı, həm də ayrı-ayrı təqaüd növləri ilə təminatı da ilbəil gücləndirilir. Azərbaycanda 01 iyul 2015-ci il tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.
Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri də əsaslı şəkildə artırılıb. 2014-cü il aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Bununla yanaşı, 30 aprel 2014-cü il tarixli Sərəncamla Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği 2014-cü ilin may ayının 1-dən 82 faiz artırılaraq 55 manatdan 100 manata qaldırılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1068 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 80 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib.
Hazırda respublikamızda 12 569 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 10 251 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosial xidmət müəssisələrində 200 nəfərədək ahıl tam dövlət təminatında yaşayır. Bilgəh müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) son illər beynəlxalq təcrübədən irəli gələn meyarlara cavab verən infrastruktur yaradılıb. Burada tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təminatı həyata keçirilir və onların asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait mövcuddur.
Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də davamlı tədbirlər görülür.
Qeyd edək ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info