Paskal Mönye Naxçıvanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
Tarix: 30.09.2015 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub. Səfər çərçivəsində fransalı diplomat, ilk olaraq, ulu öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Dövlət Universitetinə gələn səfirə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu təhsil müəssisəsinin strukturu, buradakı elektron təhsil şəbəkəsi və müasir texnologiyalardan istifadə, tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 80-dən çox universitetlə tərəfdaşlıq edən, bir sıra beynəlxalq layihələrin iştirakçısı olan bu ali məktəbin Fransanın ali təhsil ocaqları ilə də sıx əlaqəsi var. Hər il ali məktəbdə ənənəvi Frankofoniya bayramı vasitəsilə tələbələrdə fransız dilinə, tarixinə və mədəniyyətinə maraq aşılanır. Rektor Fransanın Azərbaycandakı səfirliyinin ali məktəblər arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək müxtəlif vaxtlarda muxtar respublikanın fransız dili müəllimləri üçün “Village français” (Fransız şəhərciyi) adlanan pedaqoji stajın, tələbələr arasında müxtəlif müsabiqələrin təşkilindən söz açıb.
Paskal Mönye universitetlərarası əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Universitetin Media və İnformasiya-Kommunikasiya Texnologiyaları mərkəzlərində olan səfirə universitet televiziyası və “Nuhçıxan” radiosunun verilişlərinin Naxçıvan şəhərində rəqəmsal formatda yayımlanması, video və slayd şəklində mühazirə kontentlərinin hazırlanması, quraşdırılan server avadanlıqları, elektron mühafizə və müşahidə sistemləri, elektron sənəd dövriyyəsi prosesinin həyata keçirilməsi ilə bağlı məlumat verilib.
Fransız dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrlə görüş zamanı səfir Paskal Mönye fransız dilinin dünyada qəbul olunan əsas beynəlxalq dillərdən biri olduğunu, onun tədrisinin dünyaya inteqrasiya, Azərbaycan və Fransa arasında siyasi, elmi, mədəni əlaqələrin gələcək inkişafı baxımından zəruriliyini vurğulayıb.
Fransalı qonaq həmin gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində də olub, burada naxçıvanlı rəssamların rəsm əsərlərinə baxıb.
Səfir Naxçıvan şəhəri ilə tanışlıq zamanı Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə də yaxından tanış olub.
Duzdağ Fizioterapiya Mərkəzində isə səfirə buradakı müalicə prosesi haqqında məlumat verilib. Bildirilib ki, bu səhiyyə müəssisəsi bir çox xəstəliklərin müalicəsində əhəmiyyətli şəfa ocağıdır. Buna görə də hər il dünyanın müxtəlif ölkələrindən bura müalicə üçün xeyli insan gəlir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info