Elmar Məmmədyarov: “İslamofobiya meyllərinə qarşı birgə mübarizə aparılmalıdır”
Tarix: 30.09.2015 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumatına görə, Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirən baş katib ölkəmizin təşkilatın qarşısında duran məqsədlərin həyata keçirilməsində verdiyi töhfələrinin təqdirəlayiq olduğunu qeyd edib.
30 sentyabr 2015-ci il tarixində Fələstin bayrağının BMT-nin mənzil qərargahında qaldırılmasının İƏT dövlətləri üçün mühüm bir hadisə olacağını bildirən baş katib bayraq qaldırılmasında bütün İƏT dövlətlərinin iştirakının vacib olduğunu deyib.
Azərbaycanın İƏT ilə əlaqələrinə xüsusi önəm verdiyini deyən E. Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırıb, habelə BMT Baş Assambleyasının sessiyası çərçivəsində İƏT xarici işlər nazirlərinin əlaqələndirmə görüşünün və gündəlikdə duran məsələlər üzrə xüsusi iclasların keçirilməsinin faydalı olduğunu bildirib.
İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən nazir İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib mexanizm olduğunu bildirib.
E. Məmmədyarov İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazir son dövrlər islamofobiya meyllərinin artmasının narahatlıq doğurduğunu, birgə səylərlə buna qarşı mübarizə aparmağın vacib olduğunu nəzərə çatdırıb. E. Məmmədyarov həmçinin Yaxın Şərqdə baş verən münaqişələr nəticəsində müsəlman əhalinin qaçqın vəziyyətinə düşməyə məcbur olduğunu qeyd edərək, onların problemlərinə diqqət yetirilməsinin vacib olduğunu bildirib.
Sonda İƏT-in prioritet istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info