Baş nazir Şinzo Abe: “Yaponiya qaçqınları qəbul etməyə hazır deyil”
Tarix: 30.09.2015 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Yaponiya Suriya və İraqdan olan qaçqınları qəbul etməyə hazır olmasa da, problemin həlli ilə bağlı Avropa ölkələrinə hər cür yardım etmək niyyətindədir. Bu barədə Baş nazir Şinzo Abe Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.
Baş nazir deyib: “Bu il yaranan əsas problemlərdən biri Şimali Afrikadan və Yaxın Şərqdən qaçqınların axınıdır. Yaponiya bu problemin həllində həmrəylik nümayiş etdirir. Problemin kökündən həlli üçün biz maliyyə, tibbi yardım və təhsil də daxil olmaqla müxtəlif səviyyələrdə yardım etmək niyyətindəyik”.
Yaponiyanın qaçqınları qəbul etməyə hazır olmadığını diqqətə çatdıran Ş. Abe bildirib ki, bunun üçün əvvəlcə ölkədə doğumun sayını artırmaq və cəmiyyətdə qadınların, həmçinin yaşlıların rolunu möhkəmləndirməyə çalışmaq lazımdır.
BMT Baş Məclisinin tribunasından çıxışı zamanı Baş nazir bəyan edib ki, Yaponiya Suriya və İraqdan olan qaçqınlara yardım üçün bu il 810 milyon dollar ayıracaq: “Biz bundan sonra da Suriyadan və İraqdan olan qaçqınlara yardımı davam etdirəcəyik. Cari il biz bu məqsədlə təqribən 810 milyon dollar, ötən ildəkindən üç dəfə çox yardım ayıracağıq”.
Ş.Abe, həmçinin qeyd edib ki, Yaponiya insan ehtiyatları və humanitar yardım göstərilməsi sahələrində təcrübəyə malikdir və bunu digərləri ilə bölüşmək niyyətindədir.
Yaponiyanın Yaxın Şərqdə və Afrikada sülhün təmin olunması üçün 750 milyon dollar ayırmağa hazır olduğunu qeyd edən Baş nazir vurğulayıb ki, bu, ölkəsinin həyata keçirməyə çalışdığı fövqəladə tədbirlərdir. Ş.Abe deyib: “Bununla yanaşı, bizim daimi prinsipimiz ilk növbədə böhranı yaradan səbəblərin aradan qaldırılmasıdır. Başa düşmək lazımdır ki, qaçqınların arxasında heç yerə qaça bilməyən çoxlu sayda insan kütləsi də dayanır”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info