Əfsanəvi kəşfiyyatçının 120 illik yubileyi qeyd olunub
Tarix: 30.09.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Sentyabrın 30-da Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan oğul və qızlarımızın, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin həyatı və hərbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, 1895-ci il oktyabrın 4-də Bakıda anadan olan alman əsilli əfsanəvi kəşfiyyatçı, “gizli cəbhə”nin qorxmaz döyüşçüsü Rixard Zorge İkinci Dünya müharibəsində faşizmlə mübarizədə fəal iştirak edib, Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirib. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya müharibəsi zamanı Almaniya, Çin, Yaponiya və Avropanın bir sıra ölkələrində “Ramzay” kod adı ilə böyük agentura şəbəkəsinə nəzarət etmiş R.Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən Hitler Almaniyası tərəfindən SSRİ-yə qarşı başlanacaq hücum barədə məlumat verməsidir.
Bildirilib ki, R.Zorge özünü həm də siyasi elmlər sahəsində sınamış savadlı və istedadlı xadim kimi tanınıb. O, 1919-cu ilin avqustunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Onun istər ictimai xadim, istərsə də kəşfiyyatçı kimi fəaliyyəti bir sıra hərbi məktəblərdə öyrənilir və təbliğ olunur.
Diqqətə çatdırılıb ki, Rixard Zorge 1941-ci ilin oktyabrında Yaponiya polisi tərəfindən həbs edilib və 1944-cü ildə edam olunub. Əfsanəvi kəşfiyyatçının ölümündən 20 il sonra - 1964-cü il noyabrın 5-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Rixard Zorge Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə Muzeyin hərb tarixi şöbəsinin rəisi Gülşən Hüseynovanın “Rixard Zorge - alim, jurnalist, yoxsa kəşfiyyatçı” mövzusunda məruzəsi də böyük maraqla dinlənilib.
Digər çıxış edənlər də R.Zorgenin həyatı və hərbi fəaliyyəti barədə danışıblar.
Bildirilib ki, ölkəmizdə əfsanəvi kəşfiyyatçının xatirəsi əbədiləşdirilib, Bakıda R.Zorgenin adına park, küçə və məktəb var.
Müdafiə Nazirliyinin nümayəndələrinin, Rusiyanın ölkəmizdəki səfirliyinin, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin, Ali Hərbi məktəblərin, şəhər muzeylərinin, digər idarə və müəssisələrin təmsilçilərinin qatıldıqları tədbirdə kəşfiyyatçı barədə qısametrajlı film və R.Zorge adına 90 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info