“Naxçıvan” Universiteti tələbələrinin açıq dərsi keçirilib
Tarix: 30.09.2015 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


29 sentyabr tarixində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə “Bəxtiyar Vahabzadə yaradıcılığında vətənpərvərlik” mövzusunda açıq dərs keçirilib.Açıq dərsi giriş sözü ilə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova açaraq Bəxtiyar Vahabzadənin həyat və yaradıclığından danışmışdır.
Muzeyin baş elmi işçisi Günel Novruzova tələbələrə məlumat verərək bildirmişdir ki,Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi saflığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır.Tarixi mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.O, Cənubi Azərbaycanın həyatından”Aylı gecələr”, uşaqlara aid “İftixar”, Nuxa ipəkçilərinin həyatından bəhs edən “Toxucu qız”, “gənclərin sevgi və məişətini əks etdirən “Sadə adamlar”, “İztirabın sonu” poemalarını yazmışdır.Şairin “Bahar”, “Dostluq nəğməsi”, “Əbədi heykəl”, “Çinar”, “Sadə adamlar”adlı kitabları nəşr olunmuşdur.
O da vurğulanmışdır ki,Bəxtiyar poeziyası o taylı bu taylı hər bir azərbaycanlı üçün Vətən dərsi idi. Onun şerilərini, poemalarını oxuyub Vətəni sevdik, onun torpağını, daşını sevdik. B.Vahabzadə poeziyası bütövlükdə tarixi keçmişimizi və XX əsr Azərbaycanı əks etdirən saf, təmiz bir güzgüdür.Bəxtiyar Vahabzadənin əsərləri özünün ilk təpərini, ilk dözümünü Vətən torpağından, el sinəsindən almışdır.
Sonra tələbələr şairin şerilərini bədii qiraət etmiş, “Bəxtiyar Vahabzadə-90” başlıqlı sərgiyə baxmışlar.
Nuray ƏSGƏROVA




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info