Rusiyanın böyük regionu Azərbaycana tibbi məhsullar tədarük etmək istəyir
Tarix: 30.09.2015 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Uralın istehsal müəssisələri Azərbaycana maşınqayırma, tibb və əczaçılıq məhsulları tədarük etməyə hazırdırlar. Bunu Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Yekaterinburqda keçirilən VI Rusiya-Azərbaycan Regionlararası Forumda deyib.
Onun sözlərinə görə, "Ural lokomotivləri" MMC Azərbaycana dəmiryol lokomotivlərini və sərnişin qatarlarının tədarükünü təşkil etməyə hazırdır: "Uralvaqonzavod" Azərbaycana dəmiryol vaqonları və sisternlərin tədarükünün genişləndirilməsində maraqlıdır. Azərbaycanda tibb və əczaçılıq sənayesi istehsalı məhsullarına böyük tələbatın olduğunu nəzərə alsaq, bu məqsədlə Uralın əczaçılıq müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərmək mümkündür".
Qubernator qeyd edib ki, "Medsintez" MMC zavodu insulin və insulin əleyhinə preparatların tədarük edilməsində əməkdaşlığa, İrbit kimya-əczaçılıq zavodu isə 50 adda hazır dərman preparatlarını və 20-dən artıq aktiv əczaçılıq substansiyalarını təklif etməyə hazırdır.
Y.Kuyvaşev əlavə edib ki, potensialı olan sahələrdən biri də Azərbaycanın neft-qaz sənayesi üçün boru məhsullarının tədarüküdür: Sverdlovsk vilayətində meyvə-tərəvəz logistik mərkəzinin tikintisi, Azərbaycanda tibbi avadanlığın birgə istehsalının təşkili, turizm sahəsində daha sıx fəaliyyət göstərmək üzrə Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə və dərinləşdirməyə hazırıq. Bundan başqa, Uralda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisində tərəfdaş qismində çıxış etməyə də hazırıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info