Rusiyanın “Briliant” sərhəd gözətçi gəmisi Azərbaycana gəlib
Tarix: 30.09.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya sərhəd xidmətlərinin rəhbərləri arasında 2013-cü ildə Bakıda imzalanmış “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2014-2015-ci illər üçün tədbirlər Planı”na uyğun olaraq müvafiq tədbirlərin keçirilməsi uğurla davam etdirilir.
Birgə tədbirlər planına əsasən, ötən il iyulun 21-24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti sərhəd gəmisində Rusiya Federasiyasına dostluq səfəri etmişdi.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, əməkdaşlığın davamı olaraq, bu il sentyabrın 28-30-da isə Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsi Departamentinin rəis müavini, kontr-admiral Roman Tolokun rəhbərliyi ilə “Briliant” sərhəd gözətçi gəmisi Azərbaycan Respublikasına dostluq səfəri edib.
Səfər çərçivəsində tərəflər arasında görüş keçirilib, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.
Sentyabrın 28-29-da Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərinin və helikopterlərinin iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olunmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimi keçirilib. Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, praktiki atışların aparılması kimi elementlər icra edilib.
Keçirilmiş təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, sərhədçilər tərəfindən yüksək döyüş hazırlığı və peşəkarlıq göstərilib, müxtəlif şəraitdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığı nümayiş etdirilib.
Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Aparatında və Akademiyasında, “Sərhədçi” İdman Olimpiya Mərkəzində olub, tərəflər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Qonaqlar, həmçinin Bakının mədəni-tarixi abidələri, Dövlət Bayrağı Meydanı və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə Dənizkənarı Milli Parkla tanış olublar.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info