Barak Obama Azərbaycan Prezidentini təbrik edib
Tarix: 30.09.2015 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Amerika və dünya müsəlmanlarının Qurban bayramını qeyd etdiyi bir vaxtda Mişel və mən Sizə ən səmimi təbriklərimizi yetiririk. Biz vacib əməl olan Həcc ziyarətini uğurla başa vurmuş üç milyon müsəlman zəvvarla birgə minlərlə ABŞ vətəndaşını da təbrik edirik”. ABŞ Prezidenti qeyd edir ki, Həcc ziyarəti müxtəlif mənşə və ənənələrə malik insanların ortaq bəşəri dəyərləri bölüşmək üçün bir araya gəlməsini nümayiş etdirir. Qurban bayramı həm sevinc və şənlik, həm də xeyriyyəçilik və mərhəmət, dua və dərin düşüncə bayramıdır. Birləşmiş Ştatlardan və dünyanın hər yerindən milyonlarla müsəlmanın İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasını yad etməklə ehtiyacı olanlara humanitar yardım göstərmələri məni ruhlandırır. Dünyada iztirabların heç biri Birma, Nigeriya, İraq və Suriyada münaqişədən qaçan, ağlasığmaz qəddarlıq və məhrumiyyətlərə düçar olan günahsız kişi, qadın və uşaqların üzləşdikləri qədər açıq-aşkar deyil. Biz bu durumda olan qonşularına qayğı göstərmək üçün əlindən gələni əsirgəməyən xalqları təqdir etməliyik. Bu cür mərhəmət əməlləri bütün məzhəblərdən olan insanların ortaq mənşə və dəyərlərini önə çəkir. Bu, mənim Prezident kimi tanış olduğum və dəyərləndirdiyim dünya ictimaiyyətinin əsl simasını – mərhəməti, müxtəlifliyi və əməkdaşlığı təcəssüm etdirir”. Prezident Barak Obamanın məktubu bu sözlərlə bitir: “Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarına Qurban bayramı təbriklərimizi çatdırırıq. Qurban bayramınız mübarək və Həcc ziyarətləriniz qəbul olsun”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info