Ala qarğa
Tarix: 07.02.2013 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Müasir dövrümüzdə milli-etnik münaqişələrin çözülməsi istiqamətində konfliktoloqlar tərəfindən müxtəlif məzmunlu layihələr işlənib hazırlanır və dünyanın bir sıra bölgələrində sülh və əmin-amanlıq yaratmaq üçün bu layihələrin tətbiqi ilə millətlər arasında barış mühitinin bərpa olunmasına cəhdlər göstərilir. Dünya praktikasında münaqişə tərəflərinin qarşılıqlı güzəştləri qəbul etməsi üçün həmin millətlərdən olan kreativ intellektualların yaradıcı ideyalarından da dəfələrlə istifadə olunması və bəzi hallarda bunun, doğrudan da, səmərəli olması faktları da məlumdur. Əkrəm Əylislinin əsəri ətrafında ajiotaj yarananda ağlıma gələn ilk fikir yazarın məhz belə bir cəhddə bulunduğunu düşünərək, sadəcə azsaylı oxucu tərəfindən düzgün anlaşılmaması ehtimalı oldu. Onun “ala qarğa” kimi görünüb “ucuz şöhrət” dalınca qaçmaq cəhdlərini hələ 70-ci illərdə yeniyetmə yaşlarımda ikən oxuduğum əsərlərindən sezmişdim. O zamanlarda dövrün senzurası ilə bədii yaradıcılığa qoyulmuş tabulardan biri də bədii əsərdə erotik məzmunlu təsvirlərə yol verilməməsi idi. Bu senzuranı dəf edərək əsərində yüngülcə bir səhnəni təsvir etməyə müvəffəq olan yazarların həmin əsərləri dərhal maraq yaradır və onların daha geniş kütlə tərəfindən oxunmasına səbəb olurdu.
Bu qəbildən olan yazarlar yalnız ala qarğa kimi başqalarından nə iləsə fərqlənməklə geniş oxucu auditoriyasının diqqətini cəlb edə bilirdilər. Bir sıra sovet yazıçıları, o cümlədən Əkrəm Əylisli kimi Azərbaycan yazıçıları da bu üsuldan yararlanaraq əsərlərinə ötəri populyarlıq gətirməyə nail ola bilmişdilər.
Həmin dövrdə çox fərqli janrlarda yazan Anar, Elçin Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əlibala Hacızadə kimi bir sıra yazarların əsərləri beyinlərə, şüurlara və qəlblərə işləyə bilməsi ilə geniş oxucu kütləsi tərəfindən həvəslə oxunurdusa, Əkrəm Əylisli kimi yazarların əsərləri də məhz içərisindəki yarım və ya bir səhifəlik erotik səhnələrin təsvirindən doğan maraq xətrinə, xüsusən də, çoxsaylı yeniyetmələr tərəfindən oxunurdu. Əsərlərinin az qala hər sətri beyinlərə birdəfəlik həkk olunan birincilərdən fərqli olaraq, ikincilərin yazdıqları bir az öncə qeyd etdiyim səhnələrin məzmunu istisna olmaqla, dərhal unudulur və bu əsərlərin hansısa ümumbəşəri və ya həyati əhəmiyyətindən nəinki danışmaq, hətta bu barədə düşünmək belə heç kimin ağlına gəlməzdi. Mən də bütün oxucular kimi, həmin əsərləri oxuyub elə o zamanda da unutmuşam. Yaddaşımın kifayət qədər iti olmasına əminliyimə baxmayaraq, hətta yeriyə və gəzə bilmədiyim yaş dövrümün də müxtəlif epizodlarını asanlıqla xatırlaya bilsəm də, Əkrəm Əylislinin 70-ci illərdə oxuduğum kitablarında o zaman hiss etdiyim bu “ucuzluqdan” başqa əhəmiyyət kəsb edən hər hansı bir epizodu xatırlamıram. Ona görə də sosial şəbəkələrdə sürətlə yayılmağa başlayan reaksiyaları müşahidə edə-edə bir anlığa Əkrəm Əylislinin həvəslə özünə yaratdığı “ala qarğa” imicini xatırladım və onun ahıl yaşda, bəlkə də, sonuncu dəfə “ucuz şöhrət” ovuna çıxdığını güman edərək nə vaxtsa bu əsəri də oxuyub kənara atacağımı düşündüm. Cəmi bir neçə saat sonra Əkrəm Əylislinin televiziya müsahibəsini izləyərkən aparıcının suallarına verdiyi qeyri-müəyyən cavablar, gözlərindən yağan çaşqınlıq və hiyləgərlik, hətta aparıcının oxucular adından səsləndirdiyi iradlara qarşı “minnətli” cavabları məni təəccübləndirdi və hətta narahat etməyə başladı. Şərhlərində hansısa bir qeyri-səmimiliyin olduğu açıq-aşkar sezilirdi. Bu, məni həmin gecəni yatmayıb sözügedən romanı birnəfəsə oxumağa məcbur etdi. Bilgisayarda haqqında danışılan əsəri tapanda nə qədər sevinmişdimsə, az sonra o qədər də təəccüb və təəssüf hissi məni boğmağa başladı. Əsərin lap əvvəlində qeyri-normal adam fizionomiyasında təsvir olunan “azərbaycanlı” Nüvarişin guya məşhur teatr aktyoru olması, amma buna rəğmən hadisələrin gedişində onu heç kimin tanımamasını, ömrü boyu aktyorluq etmiş bir sənətkarın öz fikrini aydın ifadə edə biməməsini, eləcə də həddən artıq nevroz vəziyyətdə olan “azərbaycanlı” həkim Fariz Fərzaninin ətrafda baş verənlərdən guya böyük sarsıntı keçirdiyi halda, həm də zarafat etməsini bədii üslubda “şərtilik” məfhumunun ayağına yazaraq bunun çox uğursuz bir təsvir olduğuna təəssüf etdim. Lakin bu qədər səs-küy yaratmış yazının üslub xüsusiyyətlərini təhlil etmək fikrini beynimdə dərhal arxa plana keçirib, bu təsvirlərin nə ilə davam edəcəyini öyrənməyə və yazının mahiyyətini anlamağa tələsdim. Lakin bir sətirdən digərinə keçdikcə bayaqkı təəssüf hisslərim heç gözləmədiyim, rastlaşacağıma inanmaq istəmədiyim təəccüb və qəzəblə əvəzlənirdi. Oxuduqca fikrim Əkrəm Əylislinin qəhrəmanlarının sərsəmləmələrindən ayrılaraq onun özünün üzərinə keçir, bunları qələmə alarkən onun nələr düşündüyünü xəyalımda canlandırmağa çalışırdım. Sətirləri gözlərimlə qaça-qaça oxusam da, artıq hətta oxuduğumu belə anlamağa çətinlik çəkir, lakin necə olursa, olsun, hər bir cümləni diqqətlə oxuyub anlamaq üçün yenidən özümü toplamağa çalışırdım. Ömrümdə ilk dəfə idi ki, kitab oxumaqdan zövq almaq əvəzinə əzab çəkdiyimi hiss etdim. Bu əzab bu qədər məşəqqətlərdən və ölümlərdən keçmiş bir millətin içindən birisinin çıxaraq birdən-birə hamının bildiyi həqiqətləri bütün topluma baş-ayaq tərzdə təqdim etməsini anlaya bilməməkdən doğan acı təəssüf əzabı idi. Yalnız əsəri oxuyub qurtarandan sonra bu müddət ərzində vücuduma hakim kəsilən hissiyyatın bu yazının xəyanət olduğunu, riyakar bir məqsədlə qəsdən edildiyini qəbul etməkdən doğan qəzəb və nifrət olduğunu başa düşdüm. Nifrət və qəzəb üçünsə kifayət qədər əsas vardı. Belə ki, müxtəlif zamanlarda Zori Balayan, Silva Kaputikyan kimi manyak erməni təxribatçıları tərəfindən türklərə və azərbaycanlılara qarşı irəli sürülən böhtan və iftiralardan yoğrulmuş bütün iddialar bu əsərdə cəmləşdirilmişdi. Ən dəhşətlisi isə Əkrəm Əylislinin bunları məhz “azərbaycanlı” kimi təqdim etdiyi personajların dilindən səsləndirməsidir.
Əsər başlayar-başlamaz guya Nüvarişin “ermənilər yox, bizlər pisik” deyərək erməni xislətini tərifləməsi, 30 il Moskvada yaşayıb son 3 ildə Azərbaycana qayıtmış həkim Fariz Fərzaninin guya bu vəhşilikləri görüb vətənə dönməsindən peşmançılıq çəkməsi adamı vahiməyə salır. Yanlış anlamayın, mən əsərdə cərəyan edən hadisələr qarşısında yox, yazıçının saxta fantaziyası qarşısında olan vahimədən danışıram. Müəllifin “azərbaycanlı” kimi təqdim etdiyi əsas personajlar-Saday Sadıqlı, Nüvariş Qarabağlı, doktor Abasəliyev, doktor Fərzani və Əylis kəndində yaşayan, epizodik təsvirlərdə rast gəlinən kənd adamlarıdır. Lakin onların heç birinin öz hərəkətləri, davranışları ilə azərbaycanlıya xas olan, hamı tərəfindən tanınan xüsusiyyətləri daşımaması da adamı təəccübləndirir. Axı bunlar bizim azərbaycanlılarımız deyil. Belə təsəvvür yaranır ki, Əkrəm Əylisliyə ermənilərlə azərbaycanlıların yerini, sanki, qəsdən dəyişdirməklə məhz bunun doğura biləcəyi anlaşılmazlıq və ajiotaj lazım imiş. Burada azərbaycanlı kimi təsvir edilən personajların hamısının davranışı, düşüncələri, münasibətləri bütünlüklə ermənilərə xas olan xüsusiyyətləri əks etdirir. Məsələn, Əkrəm Əylislinin “ziyalı azərbaycanlısı” səhər tezdən acqarına iki qədəh konyak içərək özünə gəlir və yalnız bundan sonra ətrafı adekvat qavramağa başlayır. Və ya “...ermənilər kimi mədəni, ədalətli, zəhmətkeş insanlar dünyanın heç yerində yoxdur” deyərək ömrü boyu guya erməni taciri Zəkəriyyənin qeydlər apardığı gündəliyi axtaran doktor Abasəliyev obrazı Zori Balayan, Silva Kaputikyan kimi avantürist araqarışdıranların çox uğurlu prototipi olduğuna baxmayaraq, Əkrəm Əylisli onu məhz “azərbaycanlı” kimi təqdim edir və onun dilindən Azərbaycan xalqına iftiralar və hədyanlar yağdırır. Ən maraqlısı və komik olan isə odur ki, əsərin sonunda Abasbəylinin tapdığı və ölüm ayağında can verən kürəkəni Saday Sadıqlıya oxuduğu “sehrli” gündəlikdə göstərilən tarixlərdə buralarda hələ ermənilərin izi-tozu da yox idi. Belə həyasız bir saxtakarlığı öz əsərində təqdim etməklə Əkrəm özünü bir az öncə adlarını çəkdiyim erməni psixopatları ilə eyni cərgəyə qoyur.
Yəqin ki, ən azı 75 illik mənfur həyatı boyunca Bakıda gecə bordellərinin məhz ermənilərin mənzillərində təşkil olunduğunu və orada əsl şəhvətin dadını heç bir millətə xas olmayan məharətlə hiss etdirməyi bacaran gənc erməni qızlarının xidmət göstərməsi ilə ermənilərin özlərinin də həmişə fəxr etdiyini hamı kimi Əkrəm Əylisli də bilirdi. Amma bunu bilə-bilə, Şahqacar adlı bir azərbaycanlının Şuşadan Bakıya köçərək guya erməni qonşusu Qreta Sarkisovnanı öz evindən çıxararaq onun mənzilində “bordel” açması kimi əxlaqsız bir səhnəni uydurmağa Əkrəmi nə vadar edib? Ümumiyyətlə, azərbaycanlılara təbiətən yad olan ən çirkin xüsusiyyətləri soydaşlarımız kimi təqdim etdiyi obrazlarda cəmləşdirən müəllif, sanki, ömründə heç vaxt heç bir azərbaycanlı ilə rastlaşmayıb və onda azərbaycanlı məişəti, mədəniyyəti, bu xalqın mənəvi-əxlaqi dəyərləri haqqında heç bir təsəvvür olmayıb. Min illərlə ölçülü-biçili həyat tərzi formalaşdırmış bir xalqın, belə davranışın ən azı mənəvi cəhətdən tabu sayıldığı bir cəmiyyətin nümayəndəsini “bordel təşkilatçısı” rolunda təsvir etmək arzusu və cəhdi onun ağlına necə gəlmişdi?
Xalqın azadlıq mübarizəsində zərrəcə xidməti və əməyi olmamış bir nadanın cəbhədə öz canını qurban etmiş milli qəhrəman atasını-Xalq şairi Xəlil Rza Ulutürkü “sərsəm bir mağara adamı” (Ə.Ə.-nin ifadəsi) kimi təsvir etməsi hansı bədii üsluba və etik çərçivəyə sığır? Görəsən, Əkrəm olmasaydı, belə bir şərəfsizliyi öz üzərinə götürən ikinci birisi tapılardımı?
Əsərin əvvəlindən sonuna qədər huşu özünə qayıtmayan və azacıq da olsa, özünə gələn kimi “Eçmiədzin” pıçıldayaraq xaç çevirməyə cəhd edən, lakin sona qədər buna nail olmayan Saday Sadıqlının prototipi Əkrəm Əylislidirsə, niyə ona Azərbaycanın fəxri adları və ordenləri veriləndə onlardan imtina etməmişdi? Hətta Sumqayıt hadisələrinin “Xozyain” tərəfindən təşkil olunması ehtimalını öz obrazının dilinə gətirən Əkrəm Əylisli Sumqayıt hadisələri ilə bağlı aparılan istintaqın nəticələrindən xəbərsiz ola bilərdimi? Əlbəttə, yox. Buna baxmayaraq, belə bir fərziyyəni ortaya atmağın kimlərin arzusuna uyğun olduğunu başa düşmək və bunun nə məqsədlə ortaya atıldığını anlamaq Azərbaycan oxucusu üçün heç də çətin deyil.
Bütün əsrlərdə Azərbaycana səfər etmiş əcnəbilərin dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün insanların bu ölkədə dünyanın heç bir yerində rast gəlinməyən unikal bir tolerantlıq şəraitində yaşadığını etiraf və təsdiq etdiyi hamımıza və bütün dünyaya yaxşı məlumdur. Buna baxmayaraq, guya, “cahil və vəhşi nardaranlıların” az qala “Saday Sadıqlı kimi gözəl bir insanı” öldürəcəyini təsvir etməsi Əkrəm Əylislinin xəstə təxəyyülünün məhsulu deyilmi? Bu ölkədə vəhşi müsəlman fanatiklərinin yaşadığını iddia edən Əkrəm Əylisli təkcə erməniləri tərif etmir, o, sətirarası ifadələrində azərbaycanlılardan başqa bizi əhatə edən bütün millətlərə-farslara və xüsusən, dəruslara rəğbətini izhar edir. Guya uzun illər Moskvada yaşamış və “heç bir psixoloji disharmoniya hiss etməmiş” doktor Fərzani yenicə əməliyyat etdiyi Saday Sadıqlıya “bir daha bu vəhşilərin əlinə düşməməyi” arzulayır, Moskvadakı evini bakılı bir rusla dəyişdirib öz vətəninə köçməsini isə “həyatının ən bağışlanmaz səhvi” hesab edir. Əkrəm Əylisli bilmirmi ki, Rusiyada hər il qeyri-millətlərə mənsub olan yüzlərlə insanın skinhedlərin, neofaşistlərin, millətçilərin əlində vəhşicəsinə öldürüldüyünü heç ruslar özü də inkar etmir. Bu günün özündə Rusiyada yaşayan hansı millətlərin nümayəndələri özlərini Azərbaycandakı kimi təhlükəsiz hiss edə bilir ki, onun qəhrəmanı belə fikirləşsin.
Əkrəm Əylislinin “ziyalı azərbaycanlıları” həmin dövrdə azadlıq mübarizəsinə qalxmış xalqın Bakı küçələri ilə keçərək “Azadlıq”, “İstefa” və “Qarabağ” şüarları səsləndirməsini “ibtidai icma quruluşu zamanı yaşamış insanların ov səhnəsinə” bənzədir. O, öz personajlarının dili ilə bu primitiv insanların cəmi bir neçə söz bildiklərini iddia edir ki, bu da “Qarabağ”, ”Azadlıq”, və “İstefa” sözləri imiş. Onlar-yəni Əkrəmin “azərbaycanlı ziyalıları”, görəsən, niyə bu şüarların mənasını və bu adamların nə istədiklərini başa düşə bilmirlər? Bəs, görəsən, ibtidai dövrün insanları hesab etdiyi bu kütlənin də bildiyi cəmi bir neçə sözü başa düşməyən Əkrəm Əylisli özü hansı dövrün insanabənzər meymunudur ki, “Qarabağ”, “Azadlıq” və “İstefa” sözlərinin mənasını anlaya bilməyib?...
Ermənilərin guya lap qədimlərdən Əylisdə cənnət guşəsi yaratdığını, türklərin isə gəlib bu cənnəti darmadağın etdiyini və “məsum erməni xalqını” qılıncdan keçirdiyini iddia edən Əkrəm Əylisli göstərir ki, “buna baxmayaraq, ermənilər öz millətini və Allaha olan etiqadını qoruyub saxlaya biliblər”. Dünyanın bütün elmi mərkəzləri tərəfindən, o cümlədən bir çox erməni tarixçiləri tərəfindən Qafqaz ərazisində yerləşən alban kilsələrinin bir qisminin rus çarının üzərində bu günədək möhürü və imzası saxlanılan məlum qərarı ilə buralara köçürülmüş ermənilərin istifadəsinə verildiyinin dəfələrlə təsdiq olunmasına baxmayaraq, Əkrəm Əylislinin bu kilsələr haqqında öz “həqiqətləri” varmış. Əylis kəndini ermənilərin “Məkkə” və “Mədinə”si hesab edən Əkrəm Əylisli, Vuraqırd kilsəsinin günbəzindən süzülüb gələn Günəş şüalarını “Allahın təbəssümü” adlandırmaqla erməni yaltaqlığında və təəssübkeşliyində ən mənfur ermənilərin özlərini belə ötüb keçməyə müvəffəq olub.
Əsərin bütün fəsillərində Əylisdə vaxtilə 12 erməni kilsəsinin mövcud olduğunu və sonradan müsəlmanların onlardan dördünü tamamilə dağıdıb yer üzündən sildiyini iddia edən Əkrəm Əylisli bir az da uzağa gedərək, ümumiyyətlə, şumer mədəniyyətinin mövcudluğunu tanımadığını dilə gətirir. Belə çıxır ki, az öncə “ibtidai insanların” (yəni azərbaycanlıların) səsləndirdiyi “Azadlıq” şüarını anlamayan Əkrəm Əylisli burada artıq həyasızlıq edərək yüz illərlə aparılan araşdırmalar nəticəsində şumer mədəniyyətini bir sıra müasir mədəniyyətlərin mənbəyi hesab edən dünya tarixçilərinin hamısı ilə mübahisəyə girişir.
Ta qədimdən ermənilərin “böyük mədəniyyətə” malik olduğunu dəfələrlə gözə soxmağa çalışan müəllif hər cür vəchlə Əylisi bu mifik erməni mədəniyyətinə bağlamağa çalışır, lakin bütün yer kürəsində onun kökünü tapa bilmədiyindən onu Parisə və İstanbula bənzətməli olur. İddia edir ki, guya buradakı kilsələrə görə Əylisi gah “ balaca Paris”, gah da “balaca İstanbul” adlandırırlarmış. Bu məntiqlə bir gün Əkrəm və onun kimi erməni sarsaqlarının Parisin və İstanbulun da erməni ustalar tərəfindən tikildiyini iddia edəcəklərinə şübhəniz olmasın.
Saday Sadıqlının uşaqlıq dostları Babaşın və Camalın hələ uşaq yaşlarında ikən sünbül topladıqlarını və məktəbdən asudə vaxtlarında birlikdə oynadıqlarını təsvir edərkən müəllif özü də sanki fərqinə varmadan onları ehmalca kilsələrin divarları üzərinə gətirir və guya bu cocuqların iş-gücünün elə Daş kilsənin divarları üzərindəki mərmər heykəlləri və Vanq kilsəsinin üzərindəki daş xaçları sındıraraq erməni izlərini itirməkdən ibarət olduğunu göstərir. Beləliklə, Əkrəm Əylisli son iki əsr ərzində erməni saxtakarların alban kilsələrinin başına gətirdiyi vandalizmi Əylis küçələrində oynayan azyaşlı azərbaycanlı uşaqların adına yazmaqdan belə, utanmır. Bu bədnam əsərin hər cümləsindən yox, hətta hər bir sözündən Əkrəm Əylislinin azərbaycanlılara və türklərə bəslədiyi kin və nifrət süzülür. Onun üfunətli daxilindən axıb gələn bu çirkabın içində hətta türklərlə azərbaycanlıları qarşı-qarşıya qoymaq cəhdi də özünü açıq-aydın göstərir. Belə ki, Əylis sakini Nübarın dilindən guya 1919-cu ildə Əylisə gələrək erməniləri güllələmiş Adif bəyə lənət yağdıran Əkrəm Əylisli bu epizodu da uydurmaqla, guya, burada yaşayan azərbaycanlıların məhz erməniləri qırdıqlarına görə türklərə nifrət bəslədiyini iddia edir. 1918-19-cu illərdə təkcə Əylisdə yox, Azərbaycanın demək olar ki, bütün bölgələrində erməni quldurları tərəfindən azərbaycanlılara qarşı törədilən qətliamların qarşısını türk ordusu almadımı? Bu qardaşlıq dəstəyinə görə Azərbaycanda özünü ulu türk millətinə və türk ordusuna borclu saymayan bircə nəfər tapmaq mümkündürmü? Bu ki balacadan böyüyə hamının bildiyi sadə bir həqiqətdir. Bütün dünyaya bəlli olan bir həqiqəti belə bir həyasızlıqla təhrif etməyə nə ad vermək olar?
Əkrəm Əylislinin təsvirinə görə, Əylisin hər bir küçəsində, hər bir evin üzərində “lənətə gəlmiş Adif bəyin” silahlıları tərəfindən öldürülmüş ermənilərin ruhu gəzirmiş. Onun ölüm aqoniyasında olan “azərbaycanlı” qəhrəmanı Saday Sadıqlının da ruhu bu erməni ruhlarına qarışaraq Əylisin üzərində süzür və müəllifin xüsusi bir məhəbbətlə vəsf etdiyi erməni kilsəsinin üzərində dolaşır. Uydurduğu tarixin eyni zaman kəsiyində Azərbaycanın müxtəlif bölgələrində Andranik quldurlarının zorlayaraq öldürdüyü qız-gəlinlərin, qarınları nizələrlə, qılınclarla yarılan hamilə müsəlman qadınlarının, əl-qolu bağlı halda boyunları vurulan müsəlman kişilərin, qapıları çöl tərəfdən qıfıllanmış məscidin içərisində diri-diri yandırılıb külə döndərilən azərbaycan türklərinin, şaxtalı qış gecəsində erməni cəlladlarından yaxa qurtarmaq üçün ayaqyalın, başıaçıq, yarımçılpaq halda dizə qədər qarın içi ilə qaçıb ölümün pəncəsindən qurtulmağa cəhd edərkən elliklə gülləbaran edilmiş xocalıların ruhu isə Əkrəm Əylislini qətiyyən düşündürmür. Qarabağ savaşında hələ də öz obasını, namusunu qorumaq üçün səngərlərdə dayanan soydaşlarımıza “görk olsun” deyə erməni nəzarətində olan təpələrin başına gətirilib qoyun kimi diri-diri başları kəsilən və qışqırtıları bütün ətraf kəndlərə yayılan azərbaycanlı əsirlərin ruhunun harada gəzməsi nədənsə Əkrəm Əylislini heç narahat etmir. Bütün bu hadisələrin canlı şahidlərinin təsvir etdikləri dəhşətli ölüm səhnələri Əkrəm Əylislinin yaradıcılıq eşqini ilhama gətirə bilmədiyi halda, Birinci dünya müharibəsinin gedişində törətdikləri cinayətləri və xəyanəti ört-basdır etmək məqsədilə erməni daşnaklarının özlərindən uydurduğu “genosid” yuxusu Əkrəm Əylislini Eçmiədzinə sitayiş etməyə qədər sarsıdır və alçaldır.
Ancaq onu da etiraf etməliyik ki, tülkü sifətinə girərək məzlum rolunu dünyada ən yüksək məharətlə oynaya bilmək bacarığı Əkrəm Əylislinin ifasında bu günədək bu rolun ən mahir ifaçıları olan ermənilərdən daha uğurlu alınıb.
Əsərdə rast gəlinən bütün əylislilər dəli, psix, şikəst halda təsvir olunur və müəllif bunu “azərbaycanlıların ermənilərə qarşı törətdikləri vəhşiliklərin” müqabilində Allahın onlara göndərdiyi cəzası kimi təqdim edir. Belə çıxır ki, Əylisdən çıxmış yeganə normal adam Əkrəm Əylisli özü imiş. Əgər bunlar həqiqətdirsə, görəsən, Allah Əkrəm Əylislini nəyinə görə əfv edib, onu psix və ya şikəst yaratmayıb. Bu barədə az sonra danışacağam. Hələlik isə Əkrəm Əylisli öz müsahibələrində, guya, azərbaycanlılar və ermənilər arasında barışığa xidmət edən bədii bir əsər yazdığını iddia etsə də, əslində onun bu münaqişəni yenidən qızışdırmağa xidmət edən təxribat məqsədli bir yazının altında öz imzasını qoyması açıq-aşkar görünür. Saday Sadıqlının çox sevdiyi, son nəfəsinədək unuda bilmədiyi Əylis həyətlərini dövrələyən daş hasarların üzərində qaçışan sevimli tülküsünün quyruğu o qədər böyükdür ki, bu əsərin sətirlərinin arasından görünməyə bilmir. Bu əsər nə ermənilərə, nə də azərbaycanlılara sülh gətirmək naminə yox, əksinə bu iki millət arasında sülhə və barışığa yol verməmək məqsədilə ortaya atılıb. Belə bir yazının kimlərin sifarişi əsasında və hansı dövlətlərin mənafeyinə uyğun olaraq bu şəkildə qələmə alındığı ən azı Azərbaycanda heç kimə sirr deyil. Sirr olan Əkrəm Əylislinin bundan nə əldə etməsidir. Mən heç şübhə etmirəm ki, erməni ziyalıları arasında da ədalətli və obyektiv insanlar vardır. Ona da şübhə etmirəm ki, yəqin ki, onlar da bunu oxuyarkən düşünüblər ki, Əkrəm Əylisli lap ağını çıxarıb.
Görəsən, bütün bunlara nə ad vermək olar? Ad demişkən, son günlərdə sosial şəbəkələrdə, mətbuatda və televiziya ekranlarındakı çıxışlarda Əkrəm Əylislinin sərsəmləmələrini gah “roman”, gah “povest”, gah da qoymağa ad tapmayaraq “əsər” adlandırırlar. Mən də bu yazımda fikirlərimi çatdırmaq üçün onu nə isə adlandırmalı idim və buna görə də vicdan əzabı çəkə-çəkə onu “əsər” adlandırdım. Amma əslində bu nə əsərdir, nə də roman. Bu nə yuxudur, nə də həqiqət. Bu, öz şəxsiyyətini, mənliyini hansısa çirkin bir məqsəd uğrunda iyrənc bir niyyətlə pula və ya nəyə isə satmış bir nadanın xəstə təxəyyülündən doğan, böhtan, iftira və şər dolu bir cəfəngiyatdır. Bu nadanın kimliyinə gəlincə, bu barədə mən də maraqlı bir yuxu görürəm. Yuxumda 76 il əvvəlki Əylis kəndinin həyətlərindən birində erməni ustasının yonub düzəltdiyi daşın üzərində oturmuş gözəl bir qadının Vuraqırd kilsəsinin günbəzindən süzülüb axan Günəş şüalarına tamaşa etdiyini görürəm. Əkrəm Əylislinin “Allahın təbəssümü” adlandırdığı bu mənzərə qadını o qədər valeh edir ki, qeyri-ixtiyari olaraq bu təbəssümün arxasınca kilsəyə gəlir. Ruhunu oxşayan bu gözəllikdən bihuş olan qadın ayılanda özünü Vuraqırd kilsəsinin altarında, gözləri şəhvətdən alışıb yanan qara keşişin ağuşunda görür. O, erməni Allahının iradəsi ilə kilsəyə gələrək Allahın yaratdığı möcüzəli gözəllik qarşısında, onun “təbəssümü” qarşısında özünü itirdiyi bir məqamda erməni keşişi Mkrtıçın onun bu vəziyyətindən sui-istifadə edəcəyinə inanmazdı. Amma bu artıq baş vermişdi. Gözəl qadın artıq hamilə idi... Bu uşağın dünyaya gəlməsindən sonra qara keşiş bütün ömrünü ibadət edərək, bu uşağı “erməniləri qırdıqlarına görə azərbaycanlılara göndərəcəyi” bütün cəzalardan hifz etməyi öz Allahından diləyirmiş. Allah da erməni keşişinin şəhvətpərəstliyini bağışlayaraq Əkrəmi nə şil, nə kor, nə də ki şikəst edib. Üstəlik, böyüyəndə onu hətta “Azərbaycanın Xalq yazıçısı” da etmişdi...
Deyirlər, yuxunu danışmazlar. Amma Əkrəm Əylislinin yuxularını oxuyandan sonra qərara gəldim ki, bu yuxunu danışmaq lazımdır. Ona görə lazımdır ki, bir millət olaraq daş yuxulardan ayılaq və ətrafımıza, real həyata baxaq. Əkrəmi də qınamayaq. Bəlkə milli mənşəyinə görə onun buna “haqqı” varmış.
Cavanşir FEYZIYEV
Millət vəkili




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info