“Vətəndaşlar mövcud ailə problemləri ucbatından intihar edir”
Tarix: 01.10.2015 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Təəssüflər olsun ki, bu gün Azərbaycanda intihar hadisələrində artma tendensiyası mövcuddur”. Bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
Z.Qaralov bildirib ki, baş verən hər bir intihar hadisəsi ilə bağlı rayon prokurorları dərhal hadisə yerinə çıxır, baxış keçirir, hər baş vermiş intihar hadisəsi ilə bağlı cinayət işi başlanılır.
Baş prokuror qeyd edib ki, bu, birbaşa həm qanunun tələbi, həm də onun göstərişi ilə edilir.
Z.Qaralov sözlərinə görə, istintaq çərçivəsində baş verən intihar hadisəsinin səbəbləri tam ciddiliyi ilə araşdırılır: “Baş verən intiharların müxtəlif səbəbləri var. Məlum olur ki, bəzi vətəndaşların psixi xəstəlikləri mövcuddur. Lakin onlar xəstə kimi vaxtında qeydiyyata alınmırlar. Eyni zamanda, vətəndaşlar mövcud ailə problemləri ucbatından intihar edir. Yəni səbəblər çoxdur. Bunlar ümumiləşdirilir və onlarla bağlı müvafiq icra orqanlarına, qurumlara təkliflərimizi veririk”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info