“Vətəndaşların hüquq və azadlıqların qorunması və cinayətkarlıq sahəsində müsbət nəticələr əldə edilib”
Tarix: 01.10.2015 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“Azərbaycanın prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə ictimai siyasi sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqların qorunması və cinayətkarlıq sahəsində müəyyən müsbət nəticələr əldə edilib”. Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
Z.Qaralovun sözlərinə görə, Azərbaycan MDB və Şərqi Avropa ölkələri sırasında ən təhlükəsiz respublikadır.
Baş prokuror Z.Qaralov qeyd edib ki, baş verən bütün ağır və xüsusi ilə ağır cinayətlərin tam əksəriyyəti açılıb. Bu ilin 9 ayı ərzində 156 qəsdən adam öldürmə cinayətinin 150-nin isti izlərlə açılması təmin edilib.
224 nəfər vəzifəli şəxs barəsində 154 cinayət işi məhkəmələrə göndərilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin icraatında 105 cinayət işi istintaq olunub.
2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 9145 ərizə və şikayətə baxılıb. Onlardan 5951 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olub. Müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb.
İl ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılıb ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olub. İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanıb. 12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb. 2014-cü il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
Həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olub ki, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilib. 2015-cü ilin birinci yarımili ərzində Baş İdarədə 5150 ərizə və şikayətə baxılıb ki, onlardan 3414 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olub. Həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılıb.
Cari ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən 95 cinayət xarakterli müraciət və məlumata baxılıb ki, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olub.
Həmin müddət ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, 5 nəfər barəsində 5 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb. 2015-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilib.
Həmin cinayət işləri əsasən mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və digər faktlarla əlaqədar olub. Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
Baş prokuror bildirib ki, korrupsiya cinayətləri ölkədə bütün sahələri əhatə edir: “Bu ilin yalnız 9 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 5 mindən artıq müraciət daxil olub. Müraciətlər həm yerli icra orqanları, hüquq-mühafizə orqanları, əhalinin sosial problemləri, bələdiyyələrlə bağlıdır”.
O qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, korrupsiya ilə mübarizə işi mütəmadi və ardıcıl aparılır: “Korrupsiya mövcud olan qurumların hər biri, o cümlədən bununla bağlı daxil olan müraciətlər və qanunvericilik ayrılıqda təhlil edilir. İş elə təşkil olunmalıdır ki, məmur-vətəndaş ünsiyyəti demək olar ki, minimuma endirilsin. Bunun bariz nümunəsi “ASAN xidmət” mərkəzləridir. Biz elə etməliyik ki, bütün sahələrdə korrupsiya hallarına yol verilməsin. Bu işdə vətəndaşlarımız da fəal olmalı və korrupsiya hüquqpozmaları barədə vaxtında məlumat verməlidirlər”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info