“Baqdasaryanın üzvü olduğu ermənilərin kəşfiyyat-təxribat qrupu barədə cinayət işinin istintaqı davam etdirilir”
Tarix: 01.10.2015 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Erməni kəşfiyyatçı Arsen Baqdasaryanın üzvü olduğu cinayətkar birliyin digər üzvləri barəsində cinayət işinin istintaqı davam etdirilir.
Bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı ilə bağlı “Xalq” qəzetində dərc olunan məqaləsində qeyd olunub.
X.Vəliyev məqalədə qeyd edib ki, 1988-ci ildən etibarən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar 21 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsi yaradılıb. Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror aktları, əsir düşmüş şəxslərə işgəncələr verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Cinayət Məcəlləsinin (CM) soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs və axtarış elan edilməsi təmin olunub.
Eyni zamanda, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təmas xəttində Ermənistan Respublikası silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmələrinə və buna cəhd edilmələrinə dair Azərbaycan CM-nin müvafiq maddələri ilə başlanmış cinayət işlərinin istintaqı da aparılır. Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanaraq hüquq mühafizə orqanlarına təhvil verildikdən sonra, həmin fakt üzrə Azərbaycan Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Törətdiyi əməllərə görə A.Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
A.E.Baqdasaryanın törətdiyi cinayət əməlləri məhkəmə zamanı tam sübuta yetirilərək o, layiqli və ədalətli cəzaya məhkum edilib. Hazırda Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində cinayətkar birliyin digər üzvləri barəsində cinayət işinin istintaqı davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info