Naxçıvanda 492 ahıla bayram sovqatı verildi
Tarix: 01.10.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Naxçıvanda ahıl vətəndaşlara göstərilən sosial xidmətlərin həcmi ilbəil artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ilin mayın 30-da imzaladığı Sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən islahatların davamlılığını təmin edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda muxtar respublikada yaşlı nəslin nümayəndələri sırasında müharibə veteranları xüsusi ehtiramla yad edilir, gənc nəslin vətənpərvərlik tərbiyəsində onların həyat yolu örnək götürülür.
Böyük Vətən müharibəsinin ağır və çətin sınaqlarından keçən veteranlar dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci ilin martın 12-də imzaladığı Sərəncamla təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”na uyğun olaraq, müharibə veteranlarının yubileyləri qeyd edilir. Bu günə qədər Böyük Vətən müharibəsinin iştirakçısı olan 122 ahıl minik maşını ilə təmin olunub.
Tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıllar da dövlətimiz tərəfindən xüsusi himayəyə götürülüb. Muxtar respublikada bu qəbildən olan 478 ahıl vətəndaşa Əhalinin Sosial Müdafiəsi mərkəzləri tərəfindən evlərində, 14 ahıla isə Ahıllar evində sosial xidmət göstərilir. Bu sahədə işlərin səmərəliliyini artırmaq məqsədilə tənha ahılların hər biri haqqında məlumat bazası yaradılıb. Onlara mütəmadi olaraq evlərində baş çəkilir, həkim müayinəsindən keçirilir və sosial problemləri həll olunur. Ahıllar evində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq Ahıllar evinə gələrək sakinləri müayinədən keçirir və ehtiyacı olanların müalicəsi üçün lazımi tədbirlər görürlər. Hər cür diqqət və qayğı ilə əhatə olunan Ahıllar evinin sakinləri özlərini tənha hiss etmirlər. Əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir.
Muxtar respublikada ahıl insanların sağlamlıqlarının qorunmasına, tibbi reabilitasiyasına da xüsusi diqqət yetirilir. Cari ilin 9 ayı ərzində 27 ahıl Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə olunub, 10 ahıl müalicə üçün respublikanın sanatoriya və pansionatlarına göndərilib, 33 nəfərə səyyar protez-ortopediya xidməti göstərilib.
Hər il Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikada ahılların iştirakı ilə tədbirlər keçirilir. Bu il sosial xidmət göstərilən ahılların “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib, ahıllar arasında bayatı müsabiqəsi, muxtar respublikanın ən uzunömürlü sakini ilə görüş keçirilib. Bu gün Ahıllar evində, Naxçıvan şəhərində və rayonlarda sosial xidmət göstərilən tənha ahıllarla görüşlər təşkil ediləcək, ümumilikdə, 492 şəxsə bayram sovqatı təqdim olunacaqdır.(AZƏRTAC)
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı həm də ahılların sosial müdafiəsinin gücləndirilməsinə, onların sosial rifahının daha da yaxşılaşmasına şərait yaradıb. Ona görə də ahıllara göstərilən qayğının səviyyəsi ilbəil daha da artır. Bütün bunlar isə muxtar respublikada insan amilinə verilən qiymətin daha bir ifadəsidir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
25.09.2018
Lökbatanda salınmış abad məhəllədə əhali ilə görüş
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info