“Avropa Gənc Alimlərinin genosid faktlarına baxışları”adlı Beynəlxalq Forum keçıriləcək
Tarix: 01.10.2015 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Avropa Gənc Alimlər Şurası (EURODOC) ilə tərəfdaşlıq çərçivəsində cari ilin 05-07 oktyabr tarixlərində Bakı şəhərində “Avropa gənc alimlərinin genosid faktlarına baxışları adlı” Beynəlxalq Forum təşkil etməyi planlaşdırır. 18 Avropa dövlətindən gənc alimlərin qatılması nəzərdə tutulan tədbirə avropalı tədqiqatçılardan əlavə istəkləri nəzərə alınaraq Pakistan, Hindistan, Keniya, Qırğızıstan, Qazaxıstan, İndoneziya, Fələstin, Amerika Birləşmiş Ştatları, Sudandan olan gənc alim və tədqiqatçılar da qatılacaqlar.
Tədbirin məqsədi soyqırım və genosid faktlarının tədqiqinə gənc alimləri cəlb etmək və eyni zamanda, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırım faktlarının dünyaya tanıdılması, müasir dövrümüzdə baş verən Xocalı soyqımı haqqında Avropa elmi gəncliyi arasında təbliğat işinin daha da genişləndirilməsi, soyqırım və genosid faktalarına konkret məqsədlərə və qruplara xidmət edən siyasət adamlarının deyil, məhz elmi tədqiqatçıların araşdırmalarının nəticəsinə əsaslanaraq qiymət verməli olduğunu diqqətə çatdırmaq, bu istiqamətdə gələcəkdə konkret tədqiqatların aparılmasına dünya elmi gəncliyini sövq etməkdən ibarətdir.
Tədbir iştirakçılarının 06 oktyabr 2015-ci il tarixində Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti, 07 oktyabr 2015-ci il tarixində saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində Forum çərçivəsində keçiriləcək konfransın rəsmi açılışı keçiriləcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info