“Azərbaycan məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahibdir”
Tarix: 01.10.2015 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


“Son illərdə münaqişə zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsi öz həyatını itirənlərin və öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artmasına səbəb olub”.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi”nə dair yüksək səviyyəli paralel tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, faktiki olaraq qaçqınlar və məcburi köçkünlər probleminin həll edilməməsi yalnız Cənubi və Mərkəzi Avropa ölkələri üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir: “Biz həmçinin bəzi siyasi liderlərin zərərçəkmiş miqrantlardan öz məkrli maraqları üçün istifadə etmək cəhdlərinə də diqqət yetirməliyik. Bu xüsusda, Ermənistan rəhbərliyi tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında Suriyadan olan erməni əsilli miqrantların məskunlaşdırılması yolverilməzdir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına sübutdur. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan olan qaçqın və məcburi köçkünlərin sayı təqribən bir milyondur. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahibdir”.
Nazir qeyd edib ki, Azərbaycan hökuməti ötən illər ərzində əhalinin bu hissəsinin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırıb: “Bu ilk növbədə daha yaxşı mənzil şəraiti və məcburi köçkünlər arasında yoxsulluğun dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması ilə nəticələnib. 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün düşərgəsi (ümumilikdə 12 düşərgə) ləğv edilib. Bizim məcburi köçkünlərin sosial, təhsil, tibb və iqtisadi dayanıqlılığının gücləndirilməsi istiqamətindəki nailiyyətlərimiz Azərbaycana səfəri zamanı Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru cənab Uilyam Svinq tərəfindən qeyd edilib və alqışlanıb”.

E. Məmmədyarov bildirib ki, hökumət tərəfindən görülmüş irimiqyaslı işlərə baxmayaraq, məcburi köçkün probleminin tam həllinə nail olunması çox çətindir. Onun sözlərinə görə, 400 min məcburi köçkün hələ də köhnə və narahat evlərdə çətin şəraitdə yaşamaqda davam edir: “Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi üçün münaqişə həll edilməlidir. Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər aydındır. Bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz evlərinə qayıtmaq və mülkiyyət hüququ təmin edilməlidir. Azərbaycan hökuməti tərəfindən hazırlanmış “Böyük qayıdış” adlı müfəssəl qayıdış proqramı Ermənistan işğalçı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından dərhal sonra məcburi köçkünlərin öz evlərinə qayıtma və mülkiyyətlərindən istifadə hüquqlarının reallaşdırılmasını nəzərdə tutur. Qayıtmaq hüququnun təmin edilməsi etnik təmizləmədən qəti şəkildə imtina edilməsinə zəmin yaradır və gələcəkdə mümkün gərginlik və münaqişələrin qarşısını alır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info