İsraillə rabitə və yüksək texnologiyalar üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib
Tarix: 01.10.2015 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
Görüşdə nazir Əli Abbasov uğurla və dinamik inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin bir çox sahələri, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsini əhatə etdiyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar və layihələrdən söz açıb.
İsrail şirkətlərinin Azərbaycan bazarında fəal iştirakına da toxunan nazir münasibətlərin hərtərəfli inkişafında yeni əməkdaşlıq istiqamətlərinin vacib rolunu qeyd edib, sahə üzrə gələcək, perspektiv planlardan danışıb.
Əli Abbasov yeni səfirin diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən İKT və yüksək texnologiyalar sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini də bildirib.
Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsinin inkişaf səviyyəsini yüksək dəyərləndirən səfir Dan Stav İsrail şirkətlərinin yerli bazarda iştirakının artırılmasına, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsinə göstərdikləri maraqdan söz açıb.
Qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafına yeni təkan verdiyini də qeyd edən diplomat bu baxımdan "BakuTel" Beynəlxalq sərgi-konfransının əsaslı rol oynadığını bildirib.
Səfir "BakuTel-2015"-də də İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunması, eyni zamanda sərgi çərçivəsində keçiriləcək "Azərbaycan- İsrail Yüksək Texnologiyalar Forumu"nun uğurlu təşkili üçün lazımi dəstəyin göstərilməsində səylərini artıracağını deyib.
Daha sonra görüşdə rabitə və yüksək texnologiyalar sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqda fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info