Nazir cəbhə bölgəsində yeni hərbi obyektlərin inşası işlərinin gedişatını yoxlayıb
Tarix: 01.10.2015 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


Müdafiə naziri cəbhə bölgəsində yeni tikilən hərbi hissələrdə inşaat işlərinin gedişatını yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tikinti və quruculuq işləri sürətlə davam etdirilir.
Cəbhəboyu zonada yerləşən bir neçə yeni iri hərbi hissədə görülən işlərin yekun mərhələsi ilə tanış olmaq və tikintinin keyfiyyətini yoxlamaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov inşa edilən obyektlərdə olub.
Qısa bir müddətdə istifadəyə veriləcək yeni hərbi şəhərciklərdə 20 min nəfərdən artıq şəxsi heyətin yerləşdirilməsi üçün tam şərait yaradılıb, o cümlədən 500-dən artıq ailəli və subay hərbi qulluqçular üçün xidməti mənzillər tikilib.
Ölkə Prezidentinin göstərişinə əsasən, cəbhə bölgəsində yeni tikilən hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayan Müdafiə naziri hərbi obyektlərin plana uyğun, keyfiyyətli tikilməsi, müəyyən olunmuş müddətdə başa çatdırılması, həmçinin quruculuq işlərinin aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb
10.12.2018
Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir
10.12.2018
“Xeyirxah” işarə dilində ilk forumun keçirilməsinə hazırlaşır
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklərkimlərin xeyrinə olacaq?
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info