Fakültə hamiliyə götürüldü
Tarix: 01.10.2015 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada fəaliyyət göstərən müxtəlif nazirlik və təşkilatların nümayəndələri Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarının tələbələri ilə görüşlər keçirir. Növbəti görüş Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin yenicə yaradılımış Torpaqşünaslıq və aqrokimya, habelə Coğrafiya müəllimliyi, Biologiya müəllimliyi ixtisaslarının I kurs, Ekologiya ixtisasının isə III kurs tələbələri ilə keçirilib. Görüşdə universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsədə doktoru, dosent Mübariz Nuriyev sərəncamın muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin müəyyənləşdirilməsi və gələcəkdə iş yerləri ilə təmin olunması baxımından əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə 2015-ci il 27 iyul tarixli sərəncamın muxtar respublikada fəaliyyət göstərən təşkilatlarla ali təhsil müəssiləri arasında əməkdaşlığın inkişafı, tələbələrə təcrübi biliklərin öyrədilməsi baxımından zəruriliyini vurğulayıb. Məlumat verilib ki, komitənin bu məqsədlə hazırladığı tədbirlər planında tələbələrə dərslik, dərs vəsaitləri, elektron nəşrlər və əyani vəsaitlərin hədiyyə olunması, virtual dərslərin təşkili, istehsalat bazasında təcrübələrin təşkili nəzərdə tutlur. Sonra, iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə tələbələrə “Ümummilli lider Heydər Əliyevin torpaq islahatı və aqrar sektorun inkişafı” mövzusunda tələbələrə mühazirə keçib. İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə, slaydlar şəklində keçirilən mühazirənin sonunda tələbələrin sualları cavablandırlıb. Sonda tələbələrə dərslik və monoqrafiayalr, xəritələr, elektron nəşrlər hədiyyə edilib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri







 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info