“Reuters”: “Obamanın xarici siyasəti büdrədi”
Tarix: 01.10.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


«Rusiyanın ABŞ-ın gözləmədiyi addımları atması, Suriya və İraqda təşəbbüsü ələ alması amerikalı rəsmiləri heyrətləndirməklə yanaşı, Vaşinqtonun bu regiondakı nüfuzunun azalmasına da təsirsiz ötüşməyib». Bu fikirlər «Reuters» agentliyinə məxsusdur.
Artıq il yarımdan sonra Barak Obamanın xarici siyasət doktrinasının uğursuz olduğu çılpaqlığı ilə göz önündədir: «Suriyada ABŞ tərəfindən hərbi təchizatla təmin edilən müxalif qüvvələr artıq bu silahları "Əl-Qaidə" döyüşçülərinə təhvil verirlər. ABŞ-ın İraqda "İŞİD" -ə qarşı adı altında dəstəklədiyi qüvvələr də hökumət qüvvələri ilə mübarizədə dalana dirənib. Əfqanıstanda Taliban 2001-ci ildən bəri ilk dəfə olaraq vilayət paytaxtını ələ keçirib». Agentlik bütün bunları Amerika prezidentinin xarici siyasətindəki uğursuzluqlar kimi təqdim edir.
Agentlik xatırladır ki, bir müddət əvvəl Vest-Poyntedə çıxışı zamanı Amerika prezidenti xarici strategiyasının əsas məzmununu bəyan etmişdi. Barak Obama bu çıxışında ölkəsinin xaricdə daha genişmiqyaslı hərbi missiyaları barədə danışmışdı. Lakin ötən müddət ərzində Obamanın doktrinasının uğursuz olması artan sübutlarla təsdiqini tapdı. ABŞ terrorizmlə mübarizəyə 90 milyard dollar ayırmasını bəyan etməsinə baxmayaraq, Obama döyüş məsuliyyətini biləcək kifayət qədər etibarlı müttəfiqlər tapdı. Lakin o, vəziyyətdən xilas yolu kimi optimal variant tapa bilmədi.
Məqalə müəlliflərinin fikrincə, ABŞ-ın gözləmədiyi halda, Rusiyanın "Suriya və İraq böhranı ilə əlaqədar təşəbbüsü ələ keçirməsi» Vaşinqtonu bu regionda erroziyaya uğratdı.
Qeyd edilməlidir ki, ABŞ-ın əksər rəsmiləri yaranmış vəziyyəti «artan çatışmazlıqla qarşılaşma» kimi xarakterizə ediblər. Məsələ bundadır ki, Obama qlobal strategiyasını dəyişmək iqtidarında deyil. Bu da onları deməyə əsas verir ki, Obama 2017-ci ilin yanvarında öz postunu tərk edəcəyi təqdirdə, öz varisi üçün bir çox, çətin həllini tapa bilən münaqişələri qoyub gedəcək.
«Reuters»in fikrincə, Obama doktrinası daha çox zəif ölkə kimi təqdim edilən İraq və Əfqanıstandakı münaqişələr zamanı «büdrədi». Bütün bunlarla yanaşı, bəziləri isə Obamanı Ağ Evin böhran siyasətinə qarşı mübarizədə hədsiz ehtiyatlı yanaşmada günahlandırırlar.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.06.2019
Qriqori Derluqyan: “Bu gün Ermənistan iqtisadiyyatı SSRİ-nin sonlarında olan səviyyədən də aşağıdır”
23.06.2019
Dağıstanda İŞİD tərəfdarları zərərsizləşdirilib
22.06.2019
Rusiya XİN Gürcüstana tələb irəli sürüb
22.06.2019
Tbilisidə keçirilən aksiyada Daxili İşlər nazirinin istefası tələb olunur
22.06.2019
Gürcüstanda aksiyalarda “Molotov“ kokteyli istifadə etmək istəyən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info