“Əcnəbilər seçkini necə istəyirlər, elə də qiymətləndirsinlər”
Tarix: 02.10.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Onlarda seçkilər başqa cürdür, bir növ şoudur. Bizim şou düzəltməyimizə ehtiyac yoxdur”
“Seçkilər belaruslar üçün bayram olmalıdır, əcnəbilər isə necə istəyirlər, elə də qiymətləndirsinlər”. BELTA agentliyi xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu sözləri ölkədə cari sosial-iqtisadi və siyasi vəziyyətə həsr edilmiş bugünkü müşavirədə söyləyib. A.Lukaşenkonun sözlərinə görə, Belarusda insanlar sovet dövründən adət ediblər ki, seçkilər – adamlar üçün bayramdır. Belarus dövlətinin başçısı əmindir ki, budəfəki (prezident) seçki kampaniyasının da bayram kimi keçməsi üçün nə lazımdırsa var – istər mədəniyyət xətti ilə, istərsə də ticarət xətti üzrə heç bir xərc tələb olunmur. O vurğulayıb ki, seçkilərin təşkilatçıları bu yolla kiminsə ürəyini yumşaltmaq istəmirlər. A.Lukaşenko deyib: “Bunu heç bir halda etmək olmaz. Belaruslar axmaq deyil, onlar hər şeyi çox gözəl başa düşürlər. Biz onların ürəyini yumşaltmaq üçün həddən artıq canfəşanlıq etməyə başlayanda onlarda sual yaranır: bu nə üçün və nəyə görə lazımdır? Buna görə də heç bir axmaq hərəkətə yol verilməməlidir. Seçkilərə olduğu kimi getmək lazımdır, lakin nəzərə almalıyıq ki, bu, bir növ imtahandır. Sadəcə hər şeyi tam cilalamaq, seçkiləri yüksək səviyyədə keçirmək lazımdır ki, insanlar seçkilərə bayrama gedən kimi getsinlər”. Belarus dövlətinin başçısı daha sonra deyib: “Əcnəbilərə gəldikdə isə, necə istəyirlərsə, elə də qiymətləndirsinlər. Bu onların işi və onların hüququdur. Onlarda seçkilər başqa cürdür, bir növ şoudur. Bizim şou düzəltməyimizə ehtiyac yoxdur”. Prezident çıxışına davam edərək deyib ki, ölkədə seçkilər Belarus qanunvericiliyi üzrə, Konstitusiya üzrə keçiriləcək və heç kəsin bu qanunlardan kənara çıxmağa ixtiyarı yoxdur. Prezident bir məqama diqqəti cəlb edib ki, Belarusda seçki hüququ barədə Qərbin fikrini dinləməyə və əgər Qərbin təklifləri ağlabatan və məqbul olarsa, əgər bu təkliflər milli qanunvericiliyə zidd deyilsə, Belarusda seçki hüququna düzəlişlər etməyə hazırdırlar. Bu baxımdan, Belarus tərəfi az iş görməyib. Aleksandr Lukaşenko bununla əlaqədar öz tələbini növbəti dəfə təkrar edib: “Seçkilər açıq şəkildə, Belarus qanunvericiliyinə ciddi müvafiq qaydada və ictimai asayişə riayət edilməklə keçirilməlidir”. A.Lukaşenko deyib: “Biz öz üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməli, o cümlədən həm öz müşahidəçilərimizin, həm də xarici müşahidəçilərin normal, maneəsiz fəaliyyətini təmin etməliyik”. Belarus Prezidenti seçki kampaniyasının təşkilinə və keçirilməsinə görə bilavasitə məsuliyyət daşıyan şəxslərin hamısını bu kampaniyanın qüsursuz keçməsi üçün öz imkanlarını maksimum səfərbər etməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info